Anons

Bu gün, 17:07- Elektron Hökumət üzrə İcra Qrupunun üçüncü görüşü keçirilib

Bu gün, 16:53- Bu ixtisas üzrə qabiliyyət imtahanlarında iştirak üçün tələb dəyişdirildi

Bu gün, 16:46- Dünyanın ən bahalı saatı satıldı

Bu gün, 16:32- Sürücülərin diqqətinə! Bunu etməsəniz 40-60 AZN cərimələnəcəksiz- VİDEO

Bu gün, 16:06- Maliyyə bazarlarına çıxışa dair ictimai müzakirə keçiriləcək

Bu gün, 15:57- Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb

Bu gün, 15:39- Dünya dini liderlərinin II Bakı Sammiti keçiriləcək

Bu gün, 15:28- 12 noyabr – Konstitusiya günü

Bu gün, 15:16- Ölkədə bahalaşan və ucuzlaşan məhsulların SİYAHISI

Bu gün, 15:07- Azərbaycan ABŞ-a 33 mln.dollarlıq alüminium ixrac edəcək

Bu gün, 14:52- Azərbaycanda hava şəraitinin dəyişiləcəyi ilə bağlı XƏBƏRDARLIQ edildi

Bu gün, 14:43- Azərbaycanlı MMA döyüşçüsü “Bellator”da

Bu gün, 14:34- Azərbaycan hava limanlarında sərnişin axını rekord həddə çatıb

Bu gün, 14:25- Perunun Azərbaycandakı səfirliyi bağlanır

Bu gün, 13:36- Bakıda 3 icra başçısı təyin edildi - Millət vəkilinə vəzifə verildi

Bu gün, 13:24- Prezident iki icra başçısı təyin etdi, birini işdən çıxartdı

Bu gün, 13:17- Daha 5 istiqamətdə avtobusların gecə reyslərinin açılması planlaşdırılır

Bu gün, 12:38- Dövlət Agentliyində cari ilin ilk 9 ayının nəticələri müzakirə olunub

Bu gün, 12:26- Ceyhun İmanov ilə Brend = Təcrübə adlı tədbir keçiriləcək

Bu gün, 12:15- Bakıda fəhlələr kanalizasiya quyusuna düşərək öldü, cinayət işi başlandı

Haqqımızda Əlaqə

Yarmarkalarında qurbanlıq heyvanlar 160-180 manata satılır

Tarix:12-08-2019, 12:21

Yarmarkalarında qurbanlıq heyvanlar 160-180 manata satılır Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC Qurban bayramı ilə əlaqədar “Kənddən Şəhərə” yarmarkaları təşkil edir.

Nazirlikdən verilən məlumata görə, sosial dəstək mahiyyəti daşıyan “Kənddən Şəhərə” yarmarkalarının əsas məqsədi azgəlirli ailələrin qurbanlıq qoyunlara olan tələbatını dolğun şəkildə təmin etmək, istehlakçıların seçim imkanlarını artırmaq, bayramla əlaqədar möhtəkirlər, ayrı-ayrı fərdlər tərəfindən baş verə biləcək süni qiymət artımının qarşısını almaqdır. Bu məqsədlə “Kənddən Şəhərə” yarmarkalarında satışa çıxarılacaq heyvanlar çəkisinə uyğun olaraq vahid qiymətə - 160, 170 və 180 manata satılacaq. Ümumilikdə yarmarkalara Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə fermerlər tərəfindən 25000-dən artıq qurbanlıq qoyun satışa çıxarılıb. Bayram zamanı qurbanlıq heyvanlara olan tələbatın bir hissəsi vahid qiymətə satılacaq qoyunlar hesabına təmin ediləcək, bununla da süni qiymət artımı cəhdlərinin qarşısı alınmış olacaq.

Mütəmadi olaraq xarici ölkələrin təcrübələrindən və müasir innovasiyalardan yararlanan qurum tərəfindən vətəndaşlara qurbanlıq qoyunları onlayn sifariş etmək və növbə götürmək imkanı yaradıb. Bu ildn tətbiq edilən onlayn sifariş mexanizmi https://kenddenshehere.az/qurbanliq saytı üzərindən qəbul olunur. Vətəndaşların marağı və tələbatın çox olmasını nəzərə alaraq sifarişlərin qəbulu 11 avqust saat 23:59-a qədər uzadılıb.

“Kənddən Şəhərə” yarmarkaları 12-13 avqust tarixlərində 19-u Bakıda olmaqla respublikanın fərqli nöqtələrində fəaliyyət göstərəcək. Bu yarmarkalar AQTA tərəfindən müəyyən edilmiş kəsim məntəqələrinin yanında təşkil edilib və vətəndaşlar aldıqları qurbanlıqların elə yerindəcə islami qaydalara uyğun və sanitar-gigiyenik şəraitdə kəsimini həyata keçirə biləcəklər.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən Qurban bayramı ilə əlaqədar diri heyvanların satışı və kəsimi aparılan yerlərdə dezinfeksiya tədbirləri həyata keçirilir. Dezinfeksiya tədbirlərinin əsas məqsədi ölkə ərazisində mövcud olan epizootik sabitliyin təmin edilməsi və infeksion xəstəliklərin qarşısının alınmasıdır.

Heyvan satışı və kəsimi məntəqələrində həm bayramdan öncə, həm də stasionar və çadır tipli heyvan kəsimi məntəqələrinin yeri müvafiq qurumlar tərəfindən təmizləndikdən sonra Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən dezinfeksiya işləri ödənişsiz olaraq aparılır.
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...