Anons

Bu gün, 17:11- Baş pediatr: "Azərbaycanda qızılca epidemiyası müşahidə olunmur"

Bu gün, 16:55- "Bakı Metropoliteni" bu il 150 milyondan çox sərnişin daşıyıb

Bu gün, 16:41- 250-yə yaxın arıçı öz məhsulunu anbara təhvil verib - Yarmarkaya saylı günlər qaldı

Bu gün, 16:32- Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzinin direktoru professor Fernando Quevedo Bakı Dövlət Universitetinə rəsmi səfərə gəlib

Bu gün, 16:20- “Nar”-ın baş sponsorluğu ilə ən baxımlı intellektual yarış start götürür

Bu gün, 16:08- Mərkəzi Kitabxana “Yurdda sülh, cahanda sülh” adlı tədbir keçirdi

Bu gün, 15:59- “Əsrin müqaviləsi”nin 25 illiyinə həsr olunan poçt markaları dövriyyəyə buraxılıb

Bu gün, 15:47- “Kaspersky Lab” kiber idmanda fırıldaqçılığa qarşı mübarizə həlli təqdim edir

Bu gün, 15:26- Macarıstanın Baş naziri Bakıya gəlir

Bu gün, 15:05- Mətbuat Şurası və “SOCAR-AQŞ” MMC-nin birgə keçirdiyi müsabiqə qaliblərinin adları açıqlanıb

Bu gün, 14:52- Azərbaycan dünya bazarlarına ixrac potensialını artıracaq

Bu gün, 14:31- Birləşmiş Ərəb Əmirliklərində keçirilən “SMART SME MENA 2019” sərgisi başa çatıb

Bu gün, 14:17- “Hərbiyyə - Xəzər” düşərgəsi başa çatıb

Bu gün, 14:08- Konfutsi İnstitutu Çin sərgisində iştirak edib

Bu gün, 13:58- Çin Azərbaycanda şin zavodu tikəcək

Bu gün, 13:45- Hava şəraiti dəyişir, güclü külək əsəcək, yağış yağacaq

Bu gün, 12:36- Azərbaycanda daha iki Data mərkəzi tikilir

Bu gün, 12:24- Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə iştirak edir

Bu gün, 12:13- İlin sonunadək Çində Azərbaycanın 3 ticarət evi və 1 şərab evi açılacaq

Bu gün, 11:58- 8 minədək uşaq sosial xidmətlərlə təmin olunur

Haqqımızda Əlaqə

Azərbaycanda sellərin yayılma arealları 2 dəfə artıb (ÖZƏL)

Tarix:9-08-2019, 10:35 Baxış Sayı:16

Azərbaycanda sellərin yayılma arealları 2 dəfə artıb (ÖZƏL) Selə aid statistik göstəricilərin təhlili göstərir ki, son 20 ildə respublika ərazisində sel hadisəsinin təkrarlanması 3 dəfə, sel ocaqlarının sahəsi və onların yayılması arealları 1,5-2 dəfə artıb.

Bunu tədqiqatı aparmış Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri, coğrafiya üzrə elmlər doktoru Nəriman Paşayev deyib.

Onun sözlərinə görə, son 100 ildə Azərbaycan çaylarında 675 sel hadisəsi baş verib və ölkə iqtisadiyyatına orta hesabla 1,3-1,5 milyard manat həcmində zərər dəyib.

N.Paşayev əlavə edib ki, Azərbaycan üzrə əhalisi 1,2 milyon nəfər olan 561 yaşayış məntəqəsi selə məruz qalır: "Selə məruz qalan ərazilərə Şəki, Zaqatala, Qax, Balakən, Naxçıvan, Ordubad, Culfa, Quba, Qusar, Şabran, Göyçay, Ağsu, Masallı, Lənkəran və Astara daxildir. Azərbaycanda sel prosesinin yaranması üçün ən aktiv dövr aprel-may, iyul-avqust və sentyabr-oktyabr ayları sayılır. Respublika ərazisində baş verən sellərin 67,8 faizi və ya 458-i Böyük Qafqazın, 17,6 faizi və ya 119-u Naxçıvan Muxtar Respublikası, 12,1 faizi və ya 82-si Kişik Qafqazın, 2,5 faizi və ya 17-si Lənkəran-Astaranin payına düşür".

Şöbə müdiri deyib ki, Azərbaycanda Böyük Qafqazın cənub və şimal-şərq yamaclarının, həmçinin Naxçıvan Muxtar Respublikasının çaylarında demək olar ki, hər il Kiçik Qafqazın və Talış dağlarının çaylarında isə vaxtaşırı güclü sellər baş verir.

N.Paşayev qeyd edib ki, insanların ətraf mühitə müdaxiləsi artdığı üçün əvvəl respublika ərazisində sel hadisəsi hər 5-10 ildən bir baş verirdisə, son illərdə bu proses intensivləşərək 3-5, bəzi çaylarda hətta hər il təkrarlanır.

Alim əlavə edib ki, son 30 ildə meşələrin qırılması, meşə ilə örtülü ərazilərin 20-30 faiz çılpaqlaşması, otlaq və bicənəklərin normativdən 3-4 dəfə çox yüklənməsi, selli çay hövzələrinin əkinə cəlb edilməsi sellərin formalaşmasında və intensivləşməsində xüsusi rol oynayır.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...