Anons

Bu gün, 11:36- Bakıda TRASEKA Hökumətlərarası Komissiyasının növbəti iclası və beynəlxalq konfrans işə başlayıb

Bu gün, 11:27- Avropa Birliyi "Google"u yenidən araşdıracaq

Bu gün, 11:14- Rusiya Azərbaycan pomidorundan tam imtina etmir - Nazirlik AYDINLIQ GƏTİRDİ

Bu gün, 11:05- Bakıda 592 saylı marşrutun hərəkət trayektoriyası dəyişdirildi

Bu gün, 10:52- Deputatların əlavələrlə birlikdə aldığı məvacib - Maaş, bayrampulu, tətilpulu, pensiya…- Kimə nə qədər düşür?

Bu gün, 10:39- Malayziyanın turizm şirkətləri Azərbaycana böyük maraq göstərir

Bu gün, 10:27- Tramp BMT Təhlükəsizlik Şurası ölkələrinin səfirlərini KXDR və Əfqanıstan üzrə birgə işləməyə çağırıb

Bu gün, 10:06- Azərbaycanda ötən il doğulanlar son 48 ildə doğulanlardan daha çox yaşayacaqlar - PROQNOZ

Dünən, 17:09- Heydər Əliyev Aeroportunda yenilik: Elektron məntəqə

Dünən, 16:56- İlham Əliyev Milli Məclisi buraxdı - Növbədənkənar seçkilərin vaxtı bilindi

Dünən, 16:45- Gənc Sahibkarlar Forumu keçiriləcək

Dünən, 16:38- Yasamalda naməlum kişi meyiti tapılıb

Dünən, 16:29- Mixael Şumaxerin “Ferrari”si 6,6 milyon dollara satılıb

Dünən, 16:16- Gələn il Bakıda 2, regionlarda isə 1 "ASAN xidmət" mərkəzi açılacaq

Dünən, 16:07- Qaxda bal emalı müəssisəsi açılıb

Dünən, 15:54- Vilayət Eyvazov polkovnik-leytenantı əvvəlki vəzifəsinə qaytardı

Dünən, 15:45- Sabah ölkə üzrə bir gündə 650 min ağac əkiləcək

Dünən, 15:33- Xəzər dənizində dalğanın hündürlüyü 5,2 m olub - Nazirlik

Dünən, 15:21- Azərbaycanda “Turizm Könüllüləri” Təşkilatı təsis edildi

Dünən, 15:12- 2020-ci ilin rəngi seçildi

Haqqımızda Əlaqə

Sürücülərin diqqətinə: Bu gecədən cərimələr başlayır

Tarix:19-07-2019, 11:49

Sürücülərin diqqətinə: Bu gecədən cərimələr başlayır Bu gecədən Bakının bir sıra küçələrində yollarda çəkilmiş xüsusi sarı zolaqlara daxil olan avtomobil sahibləri cərimələnəcək.

“Baku 2019” Avropa Gənclərinin Olimpiya Festivalının başlaması ilə əlaqədar olaraq iyulun 28-dək paytaxtın küçə və prospektlərində hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra tədbirlər keçiriləcək.

Tədbirlərin rahat, təhlükəsiz keçirilməsi məqsədilə avtomobil yollarında sarı zolaqlarının ayrılması və onların xüsusi işarələrlə rənglənməsi paytaxtın inzibati ərazisinə düşən bəzi küçə və prospektləri əhatə edir ki, bunu avtomobil sahibləri və sürücülər nəzərə almalıdır.

Dövlət Yol Polisi diqqətə çatdırır ki, sürücülər festival iştirakçılarının tədbir yerləri istiqamətində bu zolaqlar üzrə təhlükəsiz hərəkəti üçün şərait yaratmalıdırlar.

Sarı zolaqlar üzrə digər avtomobillərin hərəkət etməsi avtomobil sahibləri və sürücülərin inzibati məsuliyyətə cəlb edilməsinə hüquqi zəmin yarada bilər. Ona görə də sürücülərə tövsiyə olunur ki, bu zolaqlar üzrə hərəkət etməsinlər.

Belə ki, paytaxtın Ziya Bünyadov, Q.Qarayev, Neftçilər, Atatürk, H.Ələsgərova, Azadlıq, Z.Əliyeva, Tbilisi, Moskva, Ü.Hacıbəyov, R.İsmaylov və s. küçə və prospektlərində çəkilmiş sarı rəngli və xüsusi işarəli avtomobil zolaqları kameralar vasitəsilə tam nəzarətə götürülüb.

Qadağa iyulun 20-si gecə saat 00:00-da başlayacaq və 28-i gecə 00:00-dək davam edəcək.

Sürücü və avtomobil sahiblərindən tədbirin əhəmiyyətini nəzərə alaraq, yollarda süni tıxac və sıxlığın yaranmaması üçün ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük vermələri tövsiyə olunur.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...