Anons

Dünən, 18:20- Gənc şair Hüseyn Hafiz:"Sevgi ürəkdən gəlməlidir"

Dünən, 17:12- Azərbaycan Taekvondo Federasiyasında yeni təyinat olub

Dünən, 17:00- Növbəti tədris ilində I siniflərə 164234 uşağın qəbulu proqnozlaşdırılır

Dünən, 16:48- Bakıda GÜCLÜ YANĞIN

Dünən, 16:39- Zəlzələlər kosmosdan çəkilən şəkillərlə proqnozlaşdırılacaq

Dünən, 16:26- Yarım ildə Azərbaycana 139 minə yaxın kondisioner idxal olunub

Dünən, 16:17- “Azərenerji” Sumqayıtda üç zavoda kabel xəttinin çəkilməsinə 2 milyon manatdan çox vəsait yönəldəcək

Dünən, 16:05- Yanvar-iyul aylarında Azərbaycana gələn əcnəbilərin 41,4 faizi hava nəqliyyatından istifadə edib

Dünən, 15:52- Yunəyrici-Boyaq Fabriki son illərin ən irihəcmli iqtisadi layihələrindən biridir (FOTO)

Dünən, 15:43- Məktəbəhazırlıq qruplarının müəllimləri üçün təlimlər keçiriləcək

Dünən, 15:36- FHN yeni tikilən 133 binaya müsbət rəy verib

Dünən, 15:24- Bu il Azərbaycanda 7 116 MMC qeydiyyata alınıb

Dünən, 15:13- Nazirlik: Biznesə başlamaq üçün maliyyə vəsaiti və sənəd sayı sıfıra endirilib

Dünən, 14:31- Şeyxülislam Allahşükür Paşazadənin 70 illik yubileyinə həsr olunan tədbir keçirilib

Dünən, 14:22- “Qarabağ” Çempionlar Liqasının ən intizamsız klubları sırasında yer alıb

Dünən, 14:09- Baş hematoloq: "Azərbaycanda 1000 nəfərə 10 donor düşür"

Dünən, 13:54- DİN: Ucarda hər hansı qeyri-adi məxluqa rast gəlinməyib

Dünən, 13:46- Azərbaycan ilə Çin arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub

Dünən, 12:37- Sabah isti temperatur diskomfortu gözlənilir

Dünən, 12:28- Dövlət Sərhəd Xidmətinin 100 illiyinə həsr olunan markalar dövriyyəyə buraxılıb

Haqqımızda Əlaqə

Azərbaycanda yeni qurum yaradılır - minlərlə boşanmış qadına çarə ola bilər...

Tarix:17-07-2019, 13:38 Baxış Sayı:24

Azərbaycanda yeni qurum yaradılır - minlərlə boşanmış qadına çarə ola bilər...
Ombudsman Elmira Süleymanova Azərbaycanda Aliment Fondunun yaradılması ilə bağlı Milli Məclisə müraciət etdiyini açıqlayıb. Səbəbini isə ölkədə boşanmaların sayının kritik həddə çatması ilə əlaqələndirib.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə Modern.az-a bildirib ki, Aliment Fondunun yaradılması dövlət siyasətinin humanist istiqamətinin bir qoluna çevirlə bilər:

“Nəzərə alsaq ki, Prezident İlham Əliyev hər zaman humanist nöqteyi-nəzərdən vətəndaşların problemlərinin həlli ilə bağlı addımlar atıb. Biz dəfələrlə bunun şahidi olmuşuq, istər təbii fəlakətlər, istər yanğınlar zamanı. Dövlət belə bir fondu yarada bilər. Sadəcə bu maliyyə məsələsi olduğu üçün dəqiq ölçülüb-biçilməlidir. Həm Maliyyə Nazirliyi, Həm Ədliyyə Nazirliyi, həm də dövlət başçısı tərəfindən razılaşdırılmalıdır. İlkin olaraq say dəqiqləşməlidir”.

Deputat deyib ki, Aliment Fondunun yaradılması yüzlərlə, minlərlə boşanmış qadına çarə ola bilər:

“Bu gün çox sayda insan alimentin ödənilməsindən yayınır. Nəticədə ana uşaqları ilə birlikdə ac-susuz kiməsə möhtac qalır, küçələrdə yaşamağa məcbur olur. Bu cür alələrdəki uşaqların sağlam böyüməsində, onların inkişaf etməsində çox böyük problemlər yaranır. Konstitusiyaya görə, dövlət də uşaqların qayğısına qalmalıdır.

Bu baxımdan Aliment Fondunun yaradılması olduqca maraqlı və vacib hadisə olacaq, çox sayda insanların, ailələrin sevincinə, problemlərinin qismən də olsa həllində mühüm rol oynayacaq”.

Ç.Qənizadə qeyd edib ki, Aliment Fondunun yaradılması alimenti ödəməyə borclu olan şəxslərin öhdəliyini azaltmır:

“Aliment ödəməyənlər məsuliyyətdən kənar qalmayacalar. Qanunda var ki, bir tərəf dəyən zərəri ödəyir, zərəri vuran tərəfə iddia qaldırır. Belə olan halda iddia qaldırılmadan o, yüklü və borclu hesab ediləcək. Dövlət o alimenti verməli olan şəxsin üzərində nəzarəti ikiqat artırmaqla, onlara alimentin ödənilməsi üçün müəyyən şəraitlər yaradacaq. İş kartlarından vəsaitin tutulması, qaçıb gizlənənlərin tutularaq gətirilməsi, dövlətin vermiş olduğu alimentin dəyərində işlətməklə həmin vəsaitin qaytarılmasını təmin edəcək. Burada yenə də əziyyət, maliyyə yükü dövlətin üzərinə düşəcək. Amma humanizm baxımından olduqca vacib məsələ olduğundan ümid edirəm ki, qaldırılan təşəbbüs dövlət başçısı tərəfindən də məqəsədəuyğun hesab ediləcək”.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...