Anons

Dünən, 21:50- Həkim-oftalmoloq, tibb üzrə fəlsəfə doktoru: "Hər zaman andıma sadiqəm"

Dünən, 17:10- Bakının 200-dən çox köhnə yaşayış binasında yeni liftlər quraşdırılıb

Dünən, 16:58- Növbəti əfv sərəncamı olacaq? - Komissiya üzvündən AÇIQLAMA

Dünən, 16:49- Ən çox ixrac olunan kənd təsərrüfatı məhsullarımız

Dünən, 16:40- Xətainin heykəlinin yeri dəyişdirilir

Dünən, 16:28- Nazirlər Kabinetinə yeni mətbuat katibi təyin olundu

Dünən, 16:21- Türkiyə səfirliyində Azərbaycan KİV nümayəndələri ilə görüş keçirilib

Dünən, 16:12- Tokio-2020: Gender bərabərliyi təmin olunacaq

Dünən, 15:59- BMT-nin Əhali Fondu: Dünya əhalisi sürətlə qocalır

Dünən, 15:47- Azərbaycanda yeni sənaye məhəllələri açılacaq

Dünən, 15:38- Azərbaycanda şprislərlə bağlı yeni standartlar qüvvəyə minib

Dünən, 15:25- BNA havaların soyuması ilə əlaqədar dezinfeksiya işləri aparır

Dünən, 15:16- Rusiyanın Novqorod vilayəti və Azərbaycanın Şəki rayonu arasında əməkdaşlıq memorandumu imzalanıb

Dünən, 15:04- Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edilib

Dünən, 14:55- Ərdoğan: Türkiyə “ermən soyqırımı”nın qondarma olduğunu təsdiq edən sənədləri ABŞ-a təqdim edib

Dünən, 14:39- Məhkəmə ekspertlərinə ixtisas dərəcəsi veriləcək

Dünən, 14:30- Temperatur aşağı düşəcək - XƏBƏRDARLIQ

Dünən, 14:23- Uşaqların zərərli informasiyadan qorunması haqqında qanuna dəyişiklik edilib

Dünən, 14:12- Bu gün Azərbaycan Slovakiya ilə qarşılaşır

Dünən, 14:04- "Diaspor fəaliyyətində xidmətə görə” medalı təsis edilir

Haqqımızda Əlaqə

“Dövlət bayrağı haqqında” qanuna dəyişiklik edilir

Tarix:10-07-2019, 16:38

“Dövlət bayrağı haqqında” qanuna dəyişiklik edilir Dəyişiklik layihəsi Milli Məclisin növbədənkənar sessiyasının iyulun 12-də keçiriləcək sonuncu plenar iclasında müzakirə olunacaq...

“Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” və “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanunlara dəyişiklik edilir.

Dəyişiklik dəqiqləşdirmə xarakterlidir.

“Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” qanunun 1-ci (Azərbaycan Respublikasının Dövlət bayrağının təsviri təsdiq edilsin) və 2-ci (Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə təsdiq edilsin) hissələri ləğv edilib.

“Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanunun isə 9-cu (Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsinə dair tələblər) maddəsinə dəyişiklik edilir.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Dövlət bayrağı və onun təsviri, onların ölçülərindən asılı olmayaraq, Azərbaycan Respublikasının Konstitusiyasında və “Azərbaycan Respublikası Dövlət bayrağının təsvirinin təsdiq edilməsi haqqında” Konstitusiya qanununda müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

Maddənin 2-ci (Azərbaycan Respublikası Dövlət bayrağının sənaye üsulu ilə hazırlanması, düzəldilməsi, rəngli təsvirinin çapı zamanı onun mavi rənginin “Panton” rənglər kataloqunun Pantone 306C rənginə, qırmızı rənginin Pantone Red 032C rənginə, yaşıl rənginin Pantone 362C rənginə uyğunluğu təmin edilməlidir) hissəsi isə çıxarılıb.

Dəyişiklik layihəsi Milli Məclisin növbədənkənar sessiyasının iyulun 12-də keçiriləcək sonuncu plenar iclasında müzakirə olunacaq.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...