Anons

Dünən, 17:10- Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması Türkiyədə nəşr olunub

Dünən, 16:55- Uzaqdan yaxına səmimi etiraf – Fialə Abdullayeva yazır

Dünən, 16:48- “Nar” şəbəkəsi gücləndirilmiş iş rejiminə keçirili

Dünən, 16:36- Azərbaycan 190 ölkə arasında 9-cu yerdədi

Dünən, 16:27- BDU Mətbuat xidməti yenə fərqləndi

Dünən, 16:14- Avtovağzalın məlumat mərkəzi yenilənir

Dünən, 16:05- Ən çox nikah bağlanan ay – Azərbaycanlılar mifi dağıtdı

Dünən, 15:53- Əfqan Abdullayev: “Vüsalə Ağabəylinin dekan kimi hansı nöqsanlara yol verdiyi faktlarla sübuta yetirilir”

Dünən, 15:02- “Kontakt Home” CƏRİMƏLƏNDİ

Dünən, 14:53- Dövlət Turizm Agentliyi: Şəki Xan Sarayı turistləri qəbul etməyə hazırdır

Dünən, 14:46- 1500-dən çox tələbə oxuduğu məktəbi və ixtisası dəyişmək istəyir

Dünən, 14:34- Adəm, naqqaş, altın və daha 50-ə yaxın söz orfoqrafiya lüğətindən çıxarılır

Dünən, 14:17- Gənclər Fondu 12-ci qrant müsabiqəsinin nəticələrini elan edir

Dünən, 14:08- Huawei məhdudiyyətlərə baxmayaraq, 270 milyon smartfon satmaq niyyətindədir

Dünən, 13:55- ADU-da Çin və Azərbaycan Silahlı Qüvvələrinin ildönümü qeyd edilib

Dünən, 13:43- BDU rektoru universitetin jurnalist əməkdaşlarını Milli Mətbuat Günü münasibətilə qəbul edib

Dünən, 13:31- Prezident İlham Əliyev bir sıra ölkələrin Azərbaycanda yeni təyin olunmuş səfirlərinin etimadnamələrini qəbul edib

Dünən, 13:19- Güclü külək davam edəcək, rayonlara dolu düşəcək

Dünən, 12:45- Elmar Vəliyevi güllələyən Yunis Səfərovla bağlı yeni QƏRAR verildi

Dünən, 12:33- Bakının bu çimərliyində nəhəng ilan insanları vahiməyə saldı - VİDEO

Haqqımızda Əlaqə

Peşəkar Boks Federasiyasında yeni prezident: Yeniliklər olacaq!

Tarix:18-06-2019, 15:38 Baxış Sayı:27

Peşəkar Boks Federasiyasında yeni prezident: Yeniliklər olacaq! Azərbaycan Peşəkar Boks Federasiyasının Seçki Konfransı keçirilib və yığıncaqda Federasiyanın gələcək fəaliyyəti, inkişaf strategiyası, təşkilati işləri və digər məsələlər müzakirə edilib.

Seçki Konfransının nəticəsi olaraq Federasiyanın Prezidenti vəzifəsinə boks sahəsində uzun illər təcrübəsi olan Artyom Həsənov seçilib. Belə ki, A.Həsənov son 10 ilə yaxın müddətdə "Baku Fight Lab” idman klubunun Prezidenti vəzifəsində mühüm nailiyyətlər əldə edib.

"Peşəkar Boks Federasiyası ölkədə bu sahənin gələcək inkişafı üçün müxtəlif işlər həyata keçirməyi nəzərdə tutur. Belə ki, WBA, WBC, IBF və s. kimi beynəlxalq peşəkar boks təşkilatları, xarici ölkələrin federasiyaları, reytinqləri və döyüş nəticələrini qeydiyyata alan FIGHTFAX və BOXREC ilə əməkdaşlıq edəcəyik. Peşəkar Boks Federasiyasının həmçinin Boks Federasıyası ilə əməkdaşlığı və həvəskar boksçular arasından potensial peşəkar boksçuların seçilməsi də nəzərdə tutulur”, - Peşəkar Boks Federasiyasının Prezidenti A.Həsənov bildirib.

Federasiyanın vəzifələrinə peşəkar boksçulara, məşqçilərə və promouter şirkətlərinə müvafiq icazələrin verilməsi də daxildir. Yaradılan Peşəkar Boks Komissiyası peşəkar boksa aid məşqçi, həkim, katmen və digər şəxslərin xüsusi imtahanlardan keçməsini, promouter şirkəti ilə təşkil edilən döyüşlərin qaydalara uyğun aparılmasını təmin edəcək.

"Tədbirlərinin yüksək səviyyədə təşkili üçün Federasiya promouter şirkətləri ilə əməkdaşlıq edəcək. Promouter şirkətləri vasitəsilə peşəkar boks turnirlərinin və beynəlxalq səviyyəli Şou/Qala turnirlərin təşkili və mediada yayımı nəzərdə tutulur. Promouter şirkətləri ilə əməkdaşlıq boksçuların tanıtımı, irəli çəkilməsi və karyerasının inkişafı üçün mühüm rol oynayacaq, nəticədə yerli döyüşçülərin beynəlxalq səviyyəli peşəkar boks ulduzlarına çevrilməsi üçün imkanlar yaranacaq,” Federasiyanın Prezidenti A.Həsənov əlavə edib.

Azərbaycan Peşəkar Boks Federasiyasının Prezidenti haqqında: A.Həsənov idman sahəsində 10 ildən çox təcrübəyə malikdir. Belə ki, uzun illər həvəskar idmançı kimi boks ilə məşğul olan A.Həsənov son 10 ilə yaxın müddətdə "Baku Fight Lab” idman klubunun Prezidenti vəzifəsində fəaliyyət göstərərək mühüm nailiyyətlər əldə edib.

Əvvəllər "Rabitə”, 2018-ci ildən isə "Baku Fight Lab” adını daşıyan idman klubu A.Həsənovun rəhbərliyi altında Azərbaycan bayrağını beynəlxalq arenalarda dəfələrlə yüksəldən bir çox Dünya, Avropa və Olimpiya çempionlarını və mükafatçılarını yetişdirən boks klubudur.

İdman sahəsində fəaliyyəti ilə yanaşı, xaricdə təhsilini bitirdikdən sonra A.Həsənov həmçinin biznes fəaliyyəti ilə məşğul olaraq biznes layihələrinin inkişafı və idarəedilməsində uğurlu təcrübəyə malikdir.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...