Anons

Bu gün, 17:10- Elmira Süleymanova rusiyalı həmkarına müraciət edib – Fuad Abbasovla bağlı

Bu gün, 16:57- “Qarabağ”ın Çempionlar Liqasının yeni mövsümündə ilk rəqibi müəyyənləşib

Bu gün, 16:45- Müdafiə Nazirliyindən 26 iyunla bağlı AÇIQLAMA

Bu gün, 16:38- Birinci sinfə gedənlərin sayı artıb - Nazir müavini

Bu gün, 16:29- “Microsoft” WCO IT/TI 2019 Konfrans və Sərgisində iştirak edib

Bu gün, 16:17- “Bakı-Məşhəd” müntəzəm sərnişindaşıma marşrutu açılacaq

Bu gün, 16:12- Dillər Universiteti Türk Sinologiya mərkəzləri ilə əlaqələri genişləndirir

Bu gün, 16:00- Qar uçqununda ölən əsgərin şəhid statusu bərpa edildi

Bu gün, 15:51- Mişel Platini həbs olundu

Bu gün, 15:38- Peşəkar Boks Federasiyasında yeni prezident: Yeniliklər olacaq!

Bu gün, 15:29- Azərbaycan iyulun 15-də BMT-yə hesabat verəcək

Bu gün, 15:16- Yunanıstana keçmək istəyən azərbaycanlı miqrantlar saxlanıldı

Bu gün, 15:08- Azərbaycan 2-ci Avropa Oyunlarında 15 cüdoçu ilə təmsil olunacaq

Bu gün, 14:55- “Facebook” öz kriptovalyutasını yaradacaq

Bu gün, 14:47- "Alov qüllələri"nin yaxınlığındakı yaşıllıq zolağı yanır — VİDEO

Bu gün, 14:38- Yol "terror"u: Ağır qəzalarda 6 nəfər öldü, 4 nəfər xəsarət aldı

Bu gün, 14:04- Vəkilliyə namizədlər and içiblər

Bu gün, 13:52- Azərbaycana Çindən turist axını gözlənilir - Dövlət Turizm Agentliyinin sədri

Bu gün, 13:39- “Bölgələrdən bölgələrə” II Yaradıcılıq Festivalının yekun tədbiri keçiriləcək

Bu gün, 13:25- Azərbaycanda uşaqlara qarşı təcavüzün aradan qaldırılması ilə bağlı sənəd hazırlanıb

Haqqımızda Əlaqə

Gənclər Fondu təhsil xərclərinin maliyyələşdirilməsi üzrə növbəti müsabiqə elan edir

Tarix:11-06-2019, 12:46 Baxış Sayı:14

Gənclər Fondu təhsil xərclərinin maliyyələşdirilməsi üzrə növbəti müsabiqə elan edir Azərbaycan Respublikasının Prezidentinin müvafiq göstərişinə əsasən Gənclər Fondu sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı gənclərin təhsil xərclərinin maliyyələşdirilməsi üzrə növbəti müsabiqə elan edir.

Fonddan verilən məlumata görə, dövlət başçısının təşəbbüskarı olduğu insan kapitalınını inkişafı konsepsiyasına uyğun olaraq gənclərin hərtərəfli inkişafı məqsədilə dövlət proqramları həyata keçirilir. Bu sırada gənclərin təhsilinin artırılması imkanlarının genişləndirilməsi əsas yer tutur.

Gənclərin təhsilli və savadlı yetişməsi ölkə başçısının xüsusi önəm verdiyi istiqamətlərdəndir və keyfiyyətli təhsilin gənclər üçün əlçatan olması, istedadlı və sosial müdafiəyə ehtiyacı olan gənclərin dəstəklənməsi istiqamətində çoxsaylı imkanlar yaradılmışdır. Cənab Prezidentin göstərişi ilə Gənclər Fondu tərəfindən ötən ay “Gənclərin Xaricdə Təhsil Proqramı”na başlanılıb. Bu fəaliyyətin davamı olaraq, dövlət ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan istedadlı gənclərin təhsil xərclərinin qarşılanması üzrə növbəti müsabiqə üçün ərizə qəbuluna bü gündən start verilir.

Ötən il ölkənin 31 ali dövlət təhsil müəssisəsində təhsil alan 237 tələbənin təhsil haqqı borcları müsabiqə əsasında Gənclər Fondu tərəfindən qarşılanıb. Bu il müsabiqədə iştirak etmək istəyənlər Gənclər Fondunun rəsmi (www.youthfoundation.az) saytında qeydiyyatdan keçib, kod və şifrə əldə etdikdən sonra, saytın elektron xidmətlər bölməsində yerləşdirilmiş ərizə formasını müvafiq qaydada doldurub, sayt üzərindən Gənclər Fonduna göndərməlidirlər.

Müsabiqə zamanı tələbənin davamiyyəti və təhsil göstəriciləri əsas götürülür. Maliyyələşmə 2018-2019 və 2019-2020-ci tədris ili üçün nəzərdə tutulmuş təhsil haqqı xərclərinin tam və ya qismən qarşılanmasını nəzərdə tutur.

Aşağıda qeyd edilmiş kateqoriyalara aid olan şəxslərə üstünlük veriləcəkdir:

Milli qəhrəman övladları;
I, II qrup əlil gənclər (2018/19-cu tədris ili üçün) və III qrup əlil gənclər
Valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş və ya internat məzunları olan gənclər;
I qrup əlil valideyni olan gənclər;
Hər iki valideyni əlil olan (I,II III qrup) gənclər;
Aztəminatlı ailədən olan gənclər.
Müraciətlər 19 iyul 2019-cu il saat 18:00-dək qəbul ediləcək. Nəticələr barədə məlumat Fondun rəsmi internet səhifəsində və mətbuatda dərc olunacaq.

Müsabiqəyə Fondun rəsmi saytında qeyd edilmiş31 dövlət ali təhsil müəssisəsinin və onların filliallarında, əlavə olaraq bu il üçün nəzərdə tutulmuş 54 dövlət orta-ixtisas təhsili müəssisəsinin əyani/qiyabi təhsil alma formaları üzrə, bakalavr/magistr təhsil pillələrində olan tələbələr müraciət edə bilərlər.

Gənclər Fondu gəncləri müsabiqədə fəal iştirak etməyə və dövlət tərəfindən yaradılmış bu müstəsna imkandan yararlanmağa dəvət edir!скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...