Anons

Bu gün, 17:10- Elmira Süleymanova rusiyalı həmkarına müraciət edib – Fuad Abbasovla bağlı

Bu gün, 16:57- “Qarabağ”ın Çempionlar Liqasının yeni mövsümündə ilk rəqibi müəyyənləşib

Bu gün, 16:45- Müdafiə Nazirliyindən 26 iyunla bağlı AÇIQLAMA

Bu gün, 16:38- Birinci sinfə gedənlərin sayı artıb - Nazir müavini

Bu gün, 16:29- “Microsoft” WCO IT/TI 2019 Konfrans və Sərgisində iştirak edib

Bu gün, 16:17- “Bakı-Məşhəd” müntəzəm sərnişindaşıma marşrutu açılacaq

Bu gün, 16:12- Dillər Universiteti Türk Sinologiya mərkəzləri ilə əlaqələri genişləndirir

Bu gün, 16:00- Qar uçqununda ölən əsgərin şəhid statusu bərpa edildi

Bu gün, 15:51- Mişel Platini həbs olundu

Bu gün, 15:38- Peşəkar Boks Federasiyasında yeni prezident: Yeniliklər olacaq!

Bu gün, 15:29- Azərbaycan iyulun 15-də BMT-yə hesabat verəcək

Bu gün, 15:16- Yunanıstana keçmək istəyən azərbaycanlı miqrantlar saxlanıldı

Bu gün, 15:08- Azərbaycan 2-ci Avropa Oyunlarında 15 cüdoçu ilə təmsil olunacaq

Bu gün, 14:55- “Facebook” öz kriptovalyutasını yaradacaq

Bu gün, 14:47- "Alov qüllələri"nin yaxınlığındakı yaşıllıq zolağı yanır — VİDEO

Bu gün, 14:38- Yol "terror"u: Ağır qəzalarda 6 nəfər öldü, 4 nəfər xəsarət aldı

Bu gün, 14:04- Vəkilliyə namizədlər and içiblər

Bu gün, 13:52- Azərbaycana Çindən turist axını gözlənilir - Dövlət Turizm Agentliyinin sədri

Bu gün, 13:39- “Bölgələrdən bölgələrə” II Yaradıcılıq Festivalının yekun tədbiri keçiriləcək

Bu gün, 13:25- Azərbaycanda uşaqlara qarşı təcavüzün aradan qaldırılması ilə bağlı sənəd hazırlanıb

Haqqımızda Əlaqə

Paytaxtın mərkəzindəki hotellər Avroliqanın oyunu ilə bağlı 100 faiz bron edilib - Assosiasiya

Tarix:25-05-2019, 10:47 Baxış Sayı:25

Paytaxtın mərkəzindəki hotellər Avroliqanın oyunu ilə bağlı 100 faiz bron edilib - Assosiasiya UEFA Avropa Liqasının mayın 29-da Bakıda keçiriləcək final oyunu ilə bağlı paytaxtın mərkəzindəki hotellər 95-100 faiz bron edilib.

Bunu Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi deyib.

Assosiasiya sədrinin sözlərinə görə, Azərbaycana oyunları izləmək üçün səyahət edəcək turistlərin əksəriyyəti yüksək xidmət təklif edən hotellərə üstünlük verirlər:

"Oyunlarla bağlı paytaxtın mərkəzindəki 5 ulduzlu hotellərdə yuxarı seqmentə aid yerlər demək olar ki, 100 faiz tutulub. Kiçik və orta mehmanxanalarda bu rəqəm 85-90 faizə yaxınlaşır".

S.Dübəndi bildirib ki, hotellərdə qiymət artımı da var və bu, gözləniləndir:

"Hazırda 5 ulduzlu hotellərdə 3000-5000 manata bron edilən otaqlar var. Bu cür tədbirləri keçirən digər ölkələrdə də belə tendensiya müşahidə olunur. Xidmət qiymətlərində də artım olacaq. Bu, normaldır. Ancaq nəzərə almaq lazımdır ki, Azərbaycanın turizm sektoru hələ dünyaya özünü tanıtmaq yolundadır. Bu mənada qiymətlərdə həddindən çox şişirtməyə yol verilməməlidir".

Assosiasiya sədri vurğulayıb ki, final oyunu üçün Azərbaycana gələn turistlərə ənənəvi sahələrdən fərqli xidmətlər də təklif etmək olar:

"Bu mənada xüsusilə şərab turizmini qeyd etmək lazımdır. Bunun üçün Azərbaycanın böyük imkanları var. Müşahidələrimə əsasən deyə bilərəm ki, pivə ənənəsi olan ölkələrdən gələn turistlər bizim yerli pivələri bəyənirlər".

S.Dübəndinin fikrincə, indi əsas məqsəd Avroliqanın oyunu ilə bağlı paytaxta gələn çoxsaylı turistlərin ölkəyə yenidən səyahətinə nail olmaqdır:

"Oyunlar zamanı gələn turistlərə alternativ turizm marşrutları ilə ölkəmizi tanıtmalıyıq. Ənənəvi Bakı ekskursiya marşrutlarını genişləndirmək lazımdır. Paytaxtdan kənara çıxmaq, onlara regionları gəzdirmək yaxşı olar. Qısa müddət ərzində Bakıda 45-50 min turist olacaq. Onların 10 faizini regionlara çıxara bilsək, həmin insanlar bir daha bizim ölkəyə gələr. Azərbaycanın turizm brendinin şüarı da elə bundan ibarətdir: "Bir daha bax". Ölkəmizi yüksək səviyyədə təqdim etməli, xidmətləri elə qurmalıyıq ki, gələn qonaqlar Azərbaycana bir daha qayıtsın".скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...