Anons

Bu gün, 17:11- Baş pediatr: "Azərbaycanda qızılca epidemiyası müşahidə olunmur"

Bu gün, 16:55- "Bakı Metropoliteni" bu il 150 milyondan çox sərnişin daşıyıb

Bu gün, 16:41- 250-yə yaxın arıçı öz məhsulunu anbara təhvil verib - Yarmarkaya saylı günlər qaldı

Bu gün, 16:32- Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzinin direktoru professor Fernando Quevedo Bakı Dövlət Universitetinə rəsmi səfərə gəlib

Bu gün, 16:20- “Nar”-ın baş sponsorluğu ilə ən baxımlı intellektual yarış start götürür

Bu gün, 16:08- Mərkəzi Kitabxana “Yurdda sülh, cahanda sülh” adlı tədbir keçirdi

Bu gün, 15:59- “Əsrin müqaviləsi”nin 25 illiyinə həsr olunan poçt markaları dövriyyəyə buraxılıb

Bu gün, 15:47- “Kaspersky Lab” kiber idmanda fırıldaqçılığa qarşı mübarizə həlli təqdim edir

Bu gün, 15:26- Macarıstanın Baş naziri Bakıya gəlir

Bu gün, 15:05- Mətbuat Şurası və “SOCAR-AQŞ” MMC-nin birgə keçirdiyi müsabiqə qaliblərinin adları açıqlanıb

Bu gün, 14:52- Azərbaycan dünya bazarlarına ixrac potensialını artıracaq

Bu gün, 14:31- Birləşmiş Ərəb Əmirliklərində keçirilən “SMART SME MENA 2019” sərgisi başa çatıb

Bu gün, 14:17- “Hərbiyyə - Xəzər” düşərgəsi başa çatıb

Bu gün, 14:08- Konfutsi İnstitutu Çin sərgisində iştirak edib

Bu gün, 13:58- Çin Azərbaycanda şin zavodu tikəcək

Bu gün, 13:45- Hava şəraiti dəyişir, güclü külək əsəcək, yağış yağacaq

Bu gün, 12:36- Azərbaycanda daha iki Data mərkəzi tikilir

Bu gün, 12:24- Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə iştirak edir

Bu gün, 12:13- İlin sonunadək Çində Azərbaycanın 3 ticarət evi və 1 şərab evi açılacaq

Bu gün, 11:58- 8 minədək uşaq sosial xidmətlərlə təmin olunur

Haqqımızda Əlaqə

İlk Qədr gecəsi dünən oldu, yoxsa bu gündür? - MÜBAHİSƏ

Tarix:24-05-2019, 17:05 Baxış Sayı:55

İlk Qədr gecəsi dünən oldu, yoxsa bu gündür? - MÜBAHİSƏ Azərbaycanda bu il Ramazan ayının ilk Qədr gecəsinin hansı tarixə təsadüf etməsi ətrafında mübahisəli məqam yaranıb. Belə ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) fətvası əsasında mayın 6-da orucluğa başlayan inanclı insanlar ötən gecəni Qədr gecəsi bildiyi halda, QMİ-nin fərvasına məhəl qoymayıb mayın 7-dən oruc tutanlar Qədr gecəsini bu günə hesablayıb, şam azanından sübhə qədər oyaq qalacaqlarını - Əhya saxlayacaqlarını bildirirlər.

Hədis və rəvayətlərə əsasən, Ramazan ayının 19, 21, 23-cü gecələrindən biri Qədr gecəsidir.

Maraqlıdır ki, bu il Qafqaz Müsəlmanları İdarəsinin Ramazan təqvimində Qədr gecələri kimi dörd gecə göstərilib: mayın 23-dən 24-nə keçən gecə, 25-dən 26-na keçən gecə, 27-dən 28-nə keçən gecə və 31-dən 1 iyuna keçən gecə.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini hacı Fuad Nurullayev Modern.az-a açıqlamasında məsələyə aydınlıq gətirib. O ilk öncə Qədr gecəsinin əhəmiyyətindən danışaraq qeyd edib ki, Qədr surəsində müqəddəs Quranın məhz Qədr gecəsi nazil edildiyi buyrulur:

“Quranda Allah peyğəmbərə deyir ki, ey peyğəmbər, sən də bilməzsən, Qədr gecəsi hansı gecələrdən biridir. Bunu peyğəmbər də bilmirsə, biz necə bilərik?

Sadəcə belə ehtimallar var ki, Əhya gecəsinin Ramazanın son 10 günlüyünə təsadüf etməsi daha məqsədəuyğundur. Bunu peyğəmbərimiz buyurub. Allah isə bunu gizlin saxlayıb ki, müsəlmanlar Ramazanın istənilən gününü Əhya gecəsi bilib, ibadət etsinlər”.

Mayın 6-da deyil, 7-də oruc tutmağa başlayanların olduğunu xatırladan F. Nurullayev izah edib ki, həmin möminlər Ramazanın 18-ci gününün axşamını Əhya gecəsi kimi hesablayır:

“Qədr gecəsi vacib əməl deyil, müstəhəb əməl sayılır və savabdır. Ona görə, bu əməli indi də, sabah da, iki gün sonra da edə bilərik. İnsanların Qədr gecəsinin nə zaman olması üzərində mübahisə etməyinə ehtiyac yoxdur. Hər gecəni Qədr gecəsi bilib, ibadət etmək olar”.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...