Anons

Bu gün, 17:11- Baş pediatr: "Azərbaycanda qızılca epidemiyası müşahidə olunmur"

Bu gün, 16:55- "Bakı Metropoliteni" bu il 150 milyondan çox sərnişin daşıyıb

Bu gün, 16:41- 250-yə yaxın arıçı öz məhsulunu anbara təhvil verib - Yarmarkaya saylı günlər qaldı

Bu gün, 16:32- Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzinin direktoru professor Fernando Quevedo Bakı Dövlət Universitetinə rəsmi səfərə gəlib

Bu gün, 16:20- “Nar”-ın baş sponsorluğu ilə ən baxımlı intellektual yarış start götürür

Bu gün, 16:08- Mərkəzi Kitabxana “Yurdda sülh, cahanda sülh” adlı tədbir keçirdi

Bu gün, 15:59- “Əsrin müqaviləsi”nin 25 illiyinə həsr olunan poçt markaları dövriyyəyə buraxılıb

Bu gün, 15:47- “Kaspersky Lab” kiber idmanda fırıldaqçılığa qarşı mübarizə həlli təqdim edir

Bu gün, 15:26- Macarıstanın Baş naziri Bakıya gəlir

Bu gün, 15:05- Mətbuat Şurası və “SOCAR-AQŞ” MMC-nin birgə keçirdiyi müsabiqə qaliblərinin adları açıqlanıb

Bu gün, 14:52- Azərbaycan dünya bazarlarına ixrac potensialını artıracaq

Bu gün, 14:31- Birləşmiş Ərəb Əmirliklərində keçirilən “SMART SME MENA 2019” sərgisi başa çatıb

Bu gün, 14:17- “Hərbiyyə - Xəzər” düşərgəsi başa çatıb

Bu gün, 14:08- Konfutsi İnstitutu Çin sərgisində iştirak edib

Bu gün, 13:58- Çin Azərbaycanda şin zavodu tikəcək

Bu gün, 13:45- Hava şəraiti dəyişir, güclü külək əsəcək, yağış yağacaq

Bu gün, 12:36- Azərbaycanda daha iki Data mərkəzi tikilir

Bu gün, 12:24- Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə iştirak edir

Bu gün, 12:13- İlin sonunadək Çində Azərbaycanın 3 ticarət evi və 1 şərab evi açılacaq

Bu gün, 11:58- 8 minədək uşaq sosial xidmətlərlə təmin olunur

Haqqımızda Əlaqə

Bakı Media Mərkəzi Beynəlxalq Velosipedçilər İttifaqı ilə əməkdaşlığı davam etdirir

Tarix:24-05-2019, 12:11 Baxış Sayı:50

Bakı Media Mərkəzi Beynəlxalq Velosipedçilər İttifaqı ilə əməkdaşlığı davam etdirir Bakı Media Mərkəzi Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) ilə əməkdaşlığı uğurla davam etdirir.

Mərkəzdən verilən məlumata görə, Mərkəzi ofisi İsveçrənin Aiqle şəhərində yerləşən bu beynəlxalq idman qurumu ilə əldə olunan razılığa əsasən Bakı Media Mərkəzi 2020-ci ilin sonuna qədər İttifaqın velosiped idmanının BMX Supercroos növü üzrə təşkil olunan dünya super kuboku üçün nəzərdə tutulmuş zəruri yayım xidmətlərini həyata keçirəcək.

Bu kubokların promo video çəkilişlərini də Bakı Media Mərkəzi aparacaq.

Beynəlxalq Velosiped İttifaqının BMX Supercroos dünya kuboku növü üzrə təşkil etdiyi çempionat turu qlobal xarakter daşıyır. 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına qədər bu yarışlar iki il ərzində Böyük Britaniya, Hollandiya, Fransa, ABŞ, Argentina və Avstraliyada təşkil olunacaq.

2019-cu ilin iyun ayında Fransa Velosiped Federasiyası tərəfindən təşkil edilən Fransa Milli Çempionatının canlı yayımını da Bakı Media Mərkəzi həyata keçirəcək.

Bakı Media Mərkəzinin İcraçı Prodüseri Tahir Əliyev BMX Supercroos növü üzrə turların Olimpiya oyunlarına seçmə mərhələ əhəmiyyəti daşıyan yeganə elitar yarış olduğunu xatırladaraq deyib: “Biz Bakı Media Mərkəzi olaraq, Beynəlxalq Velosipedçilər İttifaqının bu cür nüfuzlu yarışına cəlb olunmağımızdan qürur duyuruq. Şirkət Beynəlxalq Velosiped Federasiyası ilə bağlanmış müqaviləyə uyğun olaraq yüksək keyfiyyətli çəkiliş məhsulu təqdim edəcək. Ümud edirik ki, bu, həm də bizim Beynəlxalq Velosipedçilər İttifaqı ilə uzunmüddətli əməkdaşlığımızın başlanğıcı olacaq”.

Bakı Media Mərkəzi Azərbaycanın beynəlxalq tədbirlərdən və idman yarışlarından çəkiliş və yayım təcrübəsi olan ilk innovativ şirkətidir.

Şirkət 2015-ci ildə ölkəmizdə keçirilən ilk Avropa Oyunlarının çəkilişlərinə cəlb edilib, Tour D'Azerbaijan və 4-cü İslam Həmrəyliyi Oyunları da daxil olmaqla, bir çox nüfuzlu idman yarışlarının çəkilişlərində iştirak edib, 2018-ci ildə isə Azərbaycan Velosiped İdman Federasiyası tərəfindən təşkil olunan Beynəlxalq Velosipedçilər İttifaqının BMX növü üzrə Dünya Çempionatlarına yayım xidmətləri göstərib.

Mərkəz həm də audio-vizual məhsulların istehsalı sahəsində geniş çeşiddə xidmətlər göstərən çoxfunksiyalı bir şirkətdir.

Xatırladaq ki, yaxın günlərdə paytaxtımızda təşkil ediləcək UEFA Avropa Liqasının final oyununun canlı yayım çəkilişlərini də Bakı Media Mərkəzi Britaniyanın tanınmış BT Sport şirkəti ilə birgə həyata keçirəcək.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...