Anons

Bu gün, 16:39- Yol polisindən sürücülərə XƏBƏRDARLIQ - “Bu günlərdə səfərə çıxmayın!”

Bu gün, 16:27- Zeynəb Əlizadə: “Nüfuzuna və beynəlxalq əlaqələrinə görə ADU-nu seçdim”

Bu gün, 16:19- Bəşəriyyəti Dünya müharibəsi ilə üzbəüz qoyan müqavilədən 80 il ötür - TARİX

Bu gün, 15:45- Azərbaycan Rusiyadan ən çox maşın alan ölkələr sırasında – SİYAHI

Bu gün, 15:33- Maykl Ceksonun gizli vəsiyyəti üzə çıxıb

Bu gün, 15:21- Mərkəzi Bank depozit hərracı keçirəcək - Məbləğ yüz milyon manat

Bu gün, 15:12- Xüsusi Dövlət Mühafizə Xidməti 26 yaşını qeyd edir

Bu gün, 14:59- Mərdəkanda avtomobil körpüdən aşdı: yaralılar var, biri uşaqdır

Bu gün, 14:45- Azərbaycanın xarici dövlət borcu açıqlanıb

Bu gün, 13:38- Fransanın Azərbaycanda yeni səfiri təyin olunub

Bu gün, 13:27- Ümumi təhsil müəssisələrində vakansiya seçimi başa çatır

Bu gün, 13:06- “Türkologiya” jurnalı ABŞ-ın “EBSCO” məlumat bazasına daxil edilib

Bu gün, 12:53- Bu il ilk dəfə dərsə gedəcək şagirdlər, tələbələr… - STATİSTİKA

Bu gün, 12:45- Sabah 40 dərəcə isti olacaq

Bu gün, 12:32- “İşsizin DOSTu” proqramı əsasında işə cəlb olunma mexanizmi açıqlanıb

Bu gün, 12:19- Bağçalarda bərbad durum: ali təhsilsiz müdirlər, yaşlı tərbiyəçilər, qanunsuz ödənişlər... - Deputat və təhsil ekspertindən ETİRAZ

Bu gün, 12:08- Bu il Bakıda 1500-dən artıq yol nişanı yenilənib

Bu gün, 11:47- Şeyxülislam Allahşükür Paşazadə Çeçenistanda səfərdədir

Bu gün, 11:21- Kolleclərə qəbul olunan abituriyentlərin qeydiyyatı bu gün başa çatır

Bu gün, 11:12- "Taxta bazarı"ndakı yanğınla bağlı xəstəxanaya yerləşdirilən şəxslər evə buraxılıb

Haqqımızda Əlaqə

Narkoloji Mərkəzdə baş verən yanğın işi üzrə hökm oxundu - ÖMÜRLÜK

Tarix:15-05-2019, 13:46 Baxış Sayı:32

Narkoloji Mərkəzdə baş verən yanğın işi üzrə hökm oxundu - ÖMÜRLÜK Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Respublika Narkoloji Mərkəzində baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin əməyin təhlükəsizliyi üzrə mühəndisi Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın məhkəmə prosesi davam etdirilib.

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, M. Məmmədov ömürlük, T.Məmmədhəsənov dörd il, M.Abdullayev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

A.Məmmədovaya isə şərti cəza verilib.

Qeyd edək ki, ötən ilin martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib.

Görülən tədbirlərlə Narkoloji Mərkəzdə “alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə müalicə alan Bakı şəhər sakini Məhəmməd Məmmədov 2018-ci il mart ayının 3-də həmin cinayətdə şübhəli şəxs qismində tutulub.

İlkin dindirmə zamanı cinayəti törətdiyini etiraf edən M.Məmmədov ailə üzvlərinin ona qərəzli münasibətinə etiraz əlaməti olaraq və Narkoloji Mərkəzdə müalicə almaq istəmədiyinə görə intihar etmək qərarına gəldiyini bildirib.

Bu məqsədlə mart ayının 2-si saat 06 radələrində qaldığı palatada yorğana bürünərək onu alışqanla yandırdığını, alov gücləndikdə özünü öldürmək niyyətindən daşınıb yanan yorğanı çarpayısının üstünə atdığını, alovun digər palatalara keçməsindən qorxduğu üçün şöbənin qapısı açılan kimi mərkəzi tərk etdiyini göstərib.

M.Məmmədov Cinayət Məcəlləsinin (CM) 120.2.4-cü (ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2-ci (yandırmaqla özgə əmlakını qəsdən məhv etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, eləcə də kompleks məhkəmə psixiatrik, psixoloji və narkoloji ekspertizalar təyin olunub.

Daha sonra Respublika Narkoloji Mərkəzin direktoru Telman Məmmədhəsənov, şöbə müdiri Azad Ələkbərov və mühəndis Mahir Abdullayev saxlanılıb və barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...