Anons

Bu gün, 16:39- Yol polisindən sürücülərə XƏBƏRDARLIQ - “Bu günlərdə səfərə çıxmayın!”

Bu gün, 16:27- Zeynəb Əlizadə: “Nüfuzuna və beynəlxalq əlaqələrinə görə ADU-nu seçdim”

Bu gün, 16:19- Bəşəriyyəti Dünya müharibəsi ilə üzbəüz qoyan müqavilədən 80 il ötür - TARİX

Bu gün, 15:45- Azərbaycan Rusiyadan ən çox maşın alan ölkələr sırasında – SİYAHI

Bu gün, 15:33- Maykl Ceksonun gizli vəsiyyəti üzə çıxıb

Bu gün, 15:21- Mərkəzi Bank depozit hərracı keçirəcək - Məbləğ yüz milyon manat

Bu gün, 15:12- Xüsusi Dövlət Mühafizə Xidməti 26 yaşını qeyd edir

Bu gün, 14:59- Mərdəkanda avtomobil körpüdən aşdı: yaralılar var, biri uşaqdır

Bu gün, 14:45- Azərbaycanın xarici dövlət borcu açıqlanıb

Bu gün, 13:38- Fransanın Azərbaycanda yeni səfiri təyin olunub

Bu gün, 13:27- Ümumi təhsil müəssisələrində vakansiya seçimi başa çatır

Bu gün, 13:06- “Türkologiya” jurnalı ABŞ-ın “EBSCO” məlumat bazasına daxil edilib

Bu gün, 12:53- Bu il ilk dəfə dərsə gedəcək şagirdlər, tələbələr… - STATİSTİKA

Bu gün, 12:45- Sabah 40 dərəcə isti olacaq

Bu gün, 12:32- “İşsizin DOSTu” proqramı əsasında işə cəlb olunma mexanizmi açıqlanıb

Bu gün, 12:19- Bağçalarda bərbad durum: ali təhsilsiz müdirlər, yaşlı tərbiyəçilər, qanunsuz ödənişlər... - Deputat və təhsil ekspertindən ETİRAZ

Bu gün, 12:08- Bu il Bakıda 1500-dən artıq yol nişanı yenilənib

Bu gün, 11:47- Şeyxülislam Allahşükür Paşazadə Çeçenistanda səfərdədir

Bu gün, 11:21- Kolleclərə qəbul olunan abituriyentlərin qeydiyyatı bu gün başa çatır

Bu gün, 11:12- "Taxta bazarı"ndakı yanğınla bağlı xəstəxanaya yerləşdirilən şəxslər evə buraxılıb

Haqqımızda Əlaqə

ZAQATALA DİAQNOSTİKA MƏRKƏZİ SƏHİYYƏ XİDMƏTLƏRİNİN KEYFİYYƏTİNƏ GÖRƏ REGİONDA LİDERDİR.

Tarix:22-04-2019, 14:34 Baxış Sayı:184

ZAQATALA DİAQNOSTİKA MƏRKƏZİ SƏHİYYƏ XİDMƏTLƏRİNİN KEYFİYYƏTİNƏ GÖRƏ REGİONDA LİDERDİR. ZAQATALA DİAQNOSTİKA MƏRKƏZİ SƏHİYYƏ XİDMƏTLƏRİNİN KEYFİYYƏTİNƏ GÖRƏ REGİONDA LİDERDİR.

Diaspor info saytının Şimal-Qərb bölgə bürosunun məlumatına əsasən son bir neçə ayda istər Zaqatala rayon mərkəzi xəstəxanası, istər də, Zaqatala Diaqnostika Mərkəzi haqqında bir çox yazılar yazılır. İstər çap, istər də, elektron mətbuatda vəyaxudda, sosial şəbəkələrdə Zaqatala səhiyyəsini tənqid atəşinə tutulmasının bir çox obyektiv və subyektiv səbəbləri vardır. Diaspor info saytının Zaqatala bürosu bu halların araşdırılması üçün bir çox yerli sakinlərlə görüşüb söhbətləşibdir. Saytın rəhbəri Əlmaniz Ələkbərli özü də, şəxsən labarotoriyada olaraq, qanın ümumi analizini verib.

ZAQATALA DİAQNOSTİKA MƏRKƏZİ SƏHİYYƏ XİDMƏTLƏRİNİN KEYFİYYƏTİNƏ GÖRƏ REGİONDA LİDERDİR.


Onun sözügedən səhiyyə müəssisəsi haqqında dediklərini olduğu kimi oxucularımıza da, çatdırırıq: Məni tanıyanlar bilir ki, uzun müddətdir bu bölgədə işləyirəm. Mənim Zaqatala səhiyyəsinin uğurları ilə ilk tanışlığım rəhmətlik Hikmət Atayevin fəaliyyəti ilə yaxından tanış olduqdan sonra olmuşdu.
Bəli, Hikmət Atayev sözün əsil mənasında el atası idi. Odur ki, onun ölümü təkcə yaxınlarını, vəyaxudda, MM-n üzvlərini deyil, bütün bölgəni sarsıtmışdır.
Hikmət Atayevdən sonra, savadlı cərrah olmaqla, həm də, insani keyfiyyətləri ilə bölgədə tanıdığım ikinci həkim isə Nəriman Əfəndiyev oldu. Nəriman müəllim bu gün bölgədə ən çox qısqanılan cərrahdır. Səbəbi hamıya gün kimi aydındır. Hikmət Atayevdən sonra tək qalan Nəriman Əfəndiyev məcbur olub, gecə-gündüz əməliyyatlara girir. Hesab edirəm ki, o, həkim-cərrah olaraq hər hansı bir xəstəni qəbul etməyədə bilməz. Bu onun bilavasitə vəzifə borcudur. Məgər Nəriman həkim Balakənə vəyaxud Qax rayonuna, lap elə Zaqatalanın kəndlərinə xəstə arxasınca elçi göndərir? Bu gün Nəriman Əfəndiyevin xeyli xəstəsinin olması böyük bir qısqanclıq yaradır. Nəriman Əfəndiyevin imkansız xəstələri qapıdan qovmaması diaqnostika mərkəzində daha da, sıxlıq yaradır. Bu da, bir çox rəqiblərinə xeyir etmir, odur ki, istər diaqnostikada işləyənlər, istər də, bəzi yerli sakinlər sözügedən səhiyyə müəssisəsi haqqında şər-böhtan yazmaqla oranı ləkələmək istəyirlər.

ZAQATALA DİAQNOSTİKA MƏRKƏZİ SƏHİYYƏ XİDMƏTLƏRİNİN KEYFİYYƏTİNƏ GÖRƏ REGİONDA LİDERDİR.


Mən yaxşı bilirəm ki, Azərbaycan səhiyyəsinin tibbi sığortaya keçməsi söhbəti çıxan vaxtdan bu günə kimi Respublikada fəaliyyət göstərən bir çox səhiyyə müəssisəsinin rəhbərini bu cürə ləkələmək istəyiblər. Səbəb isə kimin birinci, yəni rəhbər olmasıdır. Bax bu sualı uzaqdan cavablandıranlar da, vardır. Sadə Zaqatalalılar isə heç vaxt onları müalicə edənlər haqqında mənfi sözlər yazmazlar və yazmırlar da, bu gün bunu edənlərin çoxu bilməyərəkdən Zaqatala səhiyyəsini tənqid atəşinə tutur. Baxın mən sizə bir faktı deyəcəyəm. Əziz Zaqatalalılar siz də oxuyun. Bu yaxınlarda paytaxt Bakı şəhərində Zərifə Əliyevanın adını daşıyan Göz Klinikasında oldum, gözlərimi müayinə etdirdim. Açıq-aşkar pul tələb edirdilər. Bu heç kimə sirr deyil, bütün bunların sona yetməsi üçün sadəcə zamana ehtiyyacımız var. Bir müddət sonra hamı görəcəkdir ki, səhiyyəmiz tibbi sığortaya keçib və pul ödəmək artıq rəsmiləşəcəkdir. Yəni həkimə əlbə-əl pul verilməsə də, dolayısı ilə tibbi sığortadan pul ödəcəyik. Demək ki, səhiyyəmiz pullu olacaqdır.
Burada bir məqama da, toxunmaq istərdim. Mən Şimal-Qərb bölgəsində iki Labaratoriya tanıyıram ki, cavablarını bütün dünya qəbul edir. Onun biri Zaqatala Diaqnostika Mərkəzinin həkimi Vüsalə Şabanovadır, digəri isə Balakən rayonunda fəaliyyət göstərən “Uğur” klinikasının rəhbəri Xanım Həsənovadır. Hər iki labarotoriyada bir neçə fərqli analizlər vermişəm. Daha sonra, təxminən bir həftə ərzində, Kiyev şəhərində almanların labaratoriyası olan “Sinevo” da eyni analizləri verməli oldum. Səbəb bu iki yerli həkimlərə inamsızlıq deyildir, əsla yox, sadəcə alınan nəticə ürəkaçan deyildir. Bütün yoxlanıldığım labaratoriyalarda eyni cavabı aldım. Həmin vaxtdan doğmalarımı, dostlarımı da, həmin labaratoriyalara istiqamətləndirirəm.
Bu gün səhər yenə də, diaqnostika mərkəzində oldum. Heç bir həkimlə görüşmədən, foyedəki sıxlığı görüb bir neçə şəkil çəkdim. Bir tibb bacısı arxamca qaçaraq, niyə onun şəklini çəkdiyimi soruşdu. Həqiqətən də, onun şəklini çəkmədiyimi görüb məndən əl çəkdi.
İstəyirəm oxucularınız da bilsin ki, bu gün Nəriman həkim kimi savadlı və xeyirxah cərrahlarımız tükənməkdədir, gəlin ətraflı düşünək. Əgər biz onlara yaxşı söz deyə bilmiriksə, heç olmasa şər atıb ürək də, bulandırmayaq!

ZAQATALA DİAQNOSTİKA MƏRKƏZİ SƏHİYYƏ XİDMƏTLƏRİNİN KEYFİYYƏTİNƏ GÖRƏ REGİONDA LİDERDİR.


Hamıya məlumdur ki, Şimal-Qərb bölgəsində uşaq həkimi deyilən zaman Əliabadda - Telmandır, Terapevt kimi Balakəndə Məhəmməddir, Nevrapatoloq kimi “Uğur” klinikasında Kaşlayevdir, bu siyahını uzatmaq da olar. Sonunda yenə də, gəlib ən zirvədə dayananda görəcəksiniz ki, cərrah kimi Nəriman Əfəndiyev bölgədə birincidir. Bütün bunları nəzərə alaraq kimlərinsə vəzifə savaşına alət olmayın və heç vaxt da ədalətinizi itirməyin.

ZAQATALA DİAQNOSTİKA MƏRKƏZİ SƏHİYYƏ XİDMƏTLƏRİNİN KEYFİYYƏTİNƏ GÖRƏ REGİONDA LİDERDİR.


Diaspor info
Zaqatala Bürosu.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...