Anons

Dünən, 21:42- Ağız və üz-çənə cərrahı Nərmin Qurbanova: "Ağ xalat mənə stimul verir"

Dünən, 16:51- Lənkəranda bakılı və yerli sahibkarların görüşü keçirilib

Dünən, 11:59- Rüfət Aslanlının İstanbulda krallar kimi sarayı – Video

20-07-2019, 14:43- Permanent və mikroblading müəllimi Məryəm Rzazadə: "Həmişə təbiiliyə üstünlük verirəm"

20-07-2019, 14:05- Binəqədi rayonu kollektivi ekskursiya təşkil edib.

19-07-2019, 22:00- Permanent ustası Sevda Kərimxanova: "Mən işimə canımı qoyuram"

19-07-2019, 17:12- II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb

19-07-2019, 16:57- ABŞ Azərbaycana yeni hərbi attaşe təyin etdi

19-07-2019, 16:49- Azərbaycanda 47 nəfəri ilan sancıb

19-07-2019, 16:38- Xanım boksçumuz barəsində cinayət işi açıldı

19-07-2019, 16:25- Prezident İlham Əliyev Qətərin Bələdiyyə və Ətraf Mühit nazirini qəbul edib

19-07-2019, 16:16- ADU-da media nümayəndələri mükafatlandırılıb

19-07-2019, 16:03- Zoologiya İnstitutu bulvarda ilanların peyda olması ilə bağlı məlumatlara münasibət bildirib

19-07-2019, 15:54- ABŞ-ın Azərbaycanda yeni hərbi attaşesi təyin olunub

19-07-2019, 15:12- “Neftçi” və “Qəbələ”nin oyunları eyni saatda başlayacaq

19-07-2019, 15:05- Antalyada nə qədər azərbaycanlı yaşayır?

19-07-2019, 14:53- Ötən gün yol qəzalarında 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb

19-07-2019, 14:41- " Rövşən Lənkəranski"nin qətli ilə bağlı ŞOK FAKTLAR - Məhkəmədə etiraflar

19-07-2019, 14:32- Türkiyədə DƏHŞƏTLİ FƏLAKƏT - Çox sayda insan itkin düşdü / VİDEO

19-07-2019, 14:11- Məhkəmə Elinanın valdeynlərinin şikayətini təmin etmədi - Qərar

Haqqımızda Əlaqə

Azərbaycanda dron “PROBLEMİ” – Deputat isə razılaşmır

Tarix:15-04-2019, 15:35 Baxış Sayı:46

Azərbaycanda dron “PROBLEMİ” – Deputat isə razılaşmır Müasir dövrdə texnologiyanın inkişafı insanların həyatını daha rahat edir. Nümunə kimi, hava çəkilişləri üçün istifadə edilən dronları qeyd etmək olar.

Həmin uçan aparatlar vasitəsilə şəhər görüntüləri, film, kliplər çəkilir, hətta hərbi əməliyyat aparan zaman aktiv olaraq istifadə olunur. Qonşu ölkə Rusiyada dronlar vasitəsilə poçt xidməti evlərə çatdırılır.

Bu ildən etibarən “Google” şirkəti Avstraliyanın paytaxtı Kanberra şəhərində pilotsuz uçan aparatların köməyilə dünyada ilk kommersiya yönümlü çatdırma xidmətini istifadəyə verib.

Belə ki, sürücüsüz idarə olunan təyyarələr yemək, içki, dərman və başqa malları birbaşa evə çatdırmaq üçün nəzərdə tutulub. Ölkəmizdə məsafədən idarə edilən pilotsuz uçan aparatların xüsusi icazə əsasında mülki dövriyyədə olmasına 2017-ci ilin may ayından icazə verilib.

Dronların istifadəsi üçün müvafiq dövlət orqanından icazə alınmalıdır. 2019-cu ilin yanvar ayından etibarən dronların gətirilməsi və istifadəsi üçün elektron formada müraciət və icazənin verilməsi səlahiyyəti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə verilib. Mövcud qanunvericiliyə görə dronların gətirilməsi üçün xüsusi icazə tələb olunur və NRYTN bunu Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi və Xüsusi Dövlət Mühafizə Xidməti ilə razılaşdırmalıdır.

Deputat, İKT sahəsi üzrə mütəxəssis Tahir Mirkişili Modern.az –a açıqlamasında bildirib ki, dövlət orqanına məlumat verdiyi təqdirdə istənilən şəxs dron əldə edə bilər.

“Vətəndaş dron istifadə etdiyi və idxal etdiyi zaman müvafiq dövlət orqanlarından icazə almalıdır. Buna əsas səbəb isə dronların şəxsi həyata müdaxilə və cinayət məqsədilə də istifadə oluna bilməsidir”.

O bildirib ki, ümumilikdə dronların istifadəsi üçün qadağa və məhdudiyyət yoxdur.

“Sadəcə düzgün istifadə qaydasına əməl edən istənilən şəxs drondan istifadə edə bilər.

Bu texnoloji yenilikdir və dünyanın bir sıra ölkələrində müəyyən xidmət sahələrində istifadə olunur. Bu metod şirkətlərin xərclərinin azalmasında əhəmiyyətli rol oynayır. Ölkəmizdə dron istehsal edilmədiyi üçün istənilən halda idxal olunmalıdır.

İdxal edən hər bir vətəndaş bu barədə müvafiq dövlət orqanına məlumat verməlidir. Məlumat dedikdə icazənin alınması nəzərdə tutulur.

Buna da əsas səbəb gələcəkdə baş verə biləcək hər hansı bir hadisəni qarşısının alınmasıdır”.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...