Anons

Dünən, 16:21- Səhiyyə Nazirliyindən burun əməliyyatından sonra dünyasını dəyişən qızla bağlı AÇIQLAMA

Dünən, 16:14- Youth Inc. Sahibkarlıq Proqramının koordiantoru beynəlxalq layihədə iştirak edir

Dünən, 15:37- ABŞ-ın Azərbaycandakı səfiri Dillər Universitetində olub

Dünən, 15:23- Vergilər Nazirliyi daha bir yeniliyə hazırlaşır

Dünən, 15:14- İşə qəbul olunmaq istəyən müəllimlərin müsahibəsinə başlanılıb

Dünən, 15:02- Atmosferə həddindən artıq tullantılar atılması faktı aşkarlanan restoranların SİYAHISI

Dünən, 14:49- Komitə: İstənilən şəxs ölkəyə avtomobil gətirə bilər və heç bir məhdudiyyət yoxdur

Dünən, 14:34- ZAQATALA DİAQNOSTİKA MƏRKƏZİ SƏHİYYƏ XİDMƏTLƏRİNİN KEYFİYYƏTİNƏ GÖRƏ REGİONDA LİDERDİR.

Dünən, 14:22- Bakıda SOCAR-ın IV beynəlxalq forumu keçirilir

Dünən, 14:13- Üzünü it parçalayan uşağın atası: Şəhərin mərkəzi, Bulvar ərazisi küçə itləri ilə doludursa, görün ətraf qəsəbələrdə vəziyyət necədir

Dünən, 14:01- Azərbaycanda heyvan dişləmələrinin sayı artıb

Dünən, 13:49- Sabah intensiv yağış gözlənilir

Dünən, 13:27- Azərbaycanda bu qurumlar beş gün işləməyəcək

Dünən, 13:18- Binəqədidə "Qayğıkeş ana” adlı tədbir keçirilib

Dünən, 13:10- Bakıda 26 yaşlı qız burun əməliyyatından sonra öldü

Dünən, 12:59- TANAP vasitəsilə qaz nəqlinin həcmi açıqlanıb

Dünən, 12:51- Səhiyyə Nazirliyi: Üzünü it parçalayan 4 yaşlı uşaq palataya köçürülüb

21-04-2019, 17:36- Dermatoloq Könül Hüseynova:"İlk növbədə daxili faktorları araşdırırıq"

21-04-2019, 15:02- Atmosferə həddindən artıq tullantılar atılması faktı aşkarlanan restoranların SİYAHISI

20-04-2019, 19:41- ADU-da “Heydər Əliyev və müasir Azərbaycan təhsili” adlı Respublika tələbə-şagird elmi konfransı keçirilib

Haqqımızda Əlaqə

Fuad Muradov Uzun İllərin Problemini Qısa Zamanda Həll Etdi.

Tarix:15-04-2019, 11:41 Baxış Sayı:27

Fuad Muradov Uzun İllərin Problemini Qısa Zamanda Həll Etdi. Komitə Sədrinin Hər Bir Nailiyyəti Prezident İlham Əliyevin Apardığı Uğurlu Xarici Siyasətin Bir Parçasıdır.

Diaspor.info saytının Ukrayna bürosu xəbər verir ki, bu ölkədəki diaspor təşkilatları birləşərək " Ukrayna Azərbaycanlıları Radası" yaradıb.
Dünən RAU özünün ilk təsis qurultayını keçirib. Bu birləşməyə nail olmaq üçün uzun illər Diasporla iş üzrə dövlət komitəsinin edə bilmədiklərini Fuad Muradovun komandası qısa müddətdə etdi. Fuad müəllimin apardığı xarici siyasət, lobbiçiliyə istiqamətlənmiş bir yol Dövlət və dövlətçiliyə xidmətin bariz nümunəsidir.
Fuad Muradov DİDK-ə Asan xidmət qədər şəffaflıq gətirib. Bütün bunları görən diaspor təşkilat rəhbərləri sözsüz ki, bir amal altında, millətinə, xalqına, dövlətinə və dövlətçiliyinə xidmət edəcəkdir. Demək ki, Prezident İlham Əliyevin apardığı son kadr islahatları öz bəhrəsini verir.
Bir daha oxucularımızın diqqətini dünənki tədbirə yönəltmək istəyirəm.
Belə ki, Azərbaycanın Ukraynadakı Fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyevin də qatıldığı
Ukrayna Azərbaycanlıları Radasının təsis qurultayı paytaxt Kiyev şəhərində President otelində keçirilib.

Ukrayna Azərbaycanlıları Radasının qurultaya gəlmiş nümayəndələri tədbirdən öncə Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov başda olmaqla ümumilli lider Heydər Əliyev adına Parkda Ulu Öndərin heykəlini ziyarət edərək, heykəlin önünə tər çiçəklər düzdülər.
Daha sonra President otelin konfrans zalında
Ukrayna və Azərbaycanın dövlət himnlərinin səslənməsi ilə açıq elan olundu. Qurultayda 200 nümayəndədən 178 nəfər iştirak etdiyindən tədbir baş tutmuş elan edildi. Təsis qurultayında Ukrayna Ali Radasının deputatları, Mədəniyyət Nazirliyinin məsul şəxsləri və Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev və ölkənin ictimai-siyasi xadimləri iştirak edirdilər.
Tədbirdə çıxış edərək Diaspor təşkilatlarının birliyindən söz açan F.Muradov bildirdi ki, ümumilikdə, bir çox ölkələrdə, sözügedən birliyə nail olunub. Artıq, soydaşlarımızın təşəbbüsü ilə Almaniya, Fransa, İsveçrə, Finlandiya, Hollandiya, Belçika və ABŞ-da həmvətnlərimiz koordinasiya şuralarında birləşiblər: “Bu ölkələrdə yaşayan soydaşlarımız birgə fəaliyyət göstərirlər, birgə layihələr həyata keçirirlər. Bunlar Azərbaycan diasporu tarixində bir ilk oldu. O, Ukrayna Azərbaycanlıları Radasının da bir çox uğurlara imza atacağına əminliyini ifadə edib”.
Ukrayna Ali Radasının deputatı Borislav Beryoza ölkəsinin çoxmillətli dövlət kimi tanındığından söz açaraq burada bütün millətlərə əlverişli şəraitin yaradılmasını qeyd edib.
“Ukraynada yaşayan Azərbaycanlılar da ölkəmizin ictimai-siyasi həyatında aktiv iştirak edirlər. Ukraynanın inkişafına öz töhfələrini verirlər. İnanıram ki, Azərbaycan diasporu yeni formatda daha böyük uğurlara imza atacaq”, - deyə deputat vurğulayıb. O, çıxışında Ermənistan tərəfindən işğal olunan ərazilərimizin Azərbaycana qaytarılacağına əminliyini ifadə edib.
Ukrayna və Azərbaycan arasında dostluq əlaqələrindən danışan Ali Radanın digər deputatı Qeorqiy Meparaşvili deyib ki, yeni təşkilatlanma Azərbaycanlıların effektli fəaliyyətinə təkan verəcək.
Ukrayna Mədəniyyət Nazirliyinin dinlər və millətlərlə iş departamentində milli azlıqlarla iş şöbəsinin müdiri Vladimir Xodakovskiy və digərləri UAR-a fəaliyyətində uğurlar arzulayıblar.
Sonra səsvermə nəticəsində Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov və Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivin UAR-ın həmsədrləri seçiliblər. UAR-ın baş katibi isə Seyid Qədiməliyev seçilib. Eyni zamanda, 3 əsas təşkilatdan 5 nəfər İdarə Heyətinə üzv seçilib.
Tədbirin sonunda Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olundu.
Bəli, bu qurultaya bir çox Azərbaycanlılar öz ədalətli qiymətini verdi. Kiyevdə yaşayan aktiv diaspor fəalı Qulu İbrahimov: Fuad Muradov çox peşəkar siyasətçidir. Uzun illərin yığılıb qalmış problemlərini qısa müddətdə həll etdi. Biz pərakəndə fəaliyyətdə sillə kimiyik, birləşəndə isə yumruq oluruq. Bax bu yumruğun qarşısında heç kim dayana bilməz.

Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər
Və Yazıçılar Birliyinin Üzvü.

Fuad Muradov Uzun İllərin Problemini Qısa Zamanda Həll Etdi.
Fuad Muradov Uzun İllərin Problemini Qısa Zamanda Həll Etdi.
Fuad Muradov Uzun İllərin Problemini Qısa Zamanda Həll Etdi.
Fuad Muradov Uzun İllərin Problemini Qısa Zamanda Həll Etdi.
Fuad Muradov Uzun İllərin Problemini Qısa Zamanda Həll Etdi.
Fuad Muradov Uzun İllərin Problemini Qısa Zamanda Həll Etdi.
Fuad Muradov Uzun İllərin Problemini Qısa Zamanda Həll Etdi.
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...