Anons

Bu gün, 17:07- BDU-nun 100 illik yubileyi Qara Dəniz Universitetləri Şəbəkəsində qeyd ediləcə

Bu gün, 16:54- Azərbaycanda çörəyin istehsalı və satışı daha 1 il ƏDV-dən azad oluna bilər

Bu gün, 16:45- “Nar” nömrə ilə xaricdə “WhatsApp” pulsuzdur"

Bu gün, 16:32- Martın 21-dən temperatur yüksələcək

Bu gün, 16:23- Stilist Nuranə Salmanova: "Bu gün beş-altı stilistdən biri mənəm"

Bu gün, 16:10- Vatsapın qurucusundan istifadəçilərə ŞOK XƏBƏRDARLIQ

Bu gün, 15:56- NAXÇIVAN - AZƏRBAYCANDA AVROPA ŞƏHƏRLƏRİNİ XATIRLADAN MƏKANDIR

Bu gün, 15:35- Yeni sərəncamla müharibə əlillərinə bu il əlavə 400-dən çox avtomobil veriləcək

Bu gün, 15:27- FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Bu gün, 15:12- AzTU-da SOCAR-ın Daxili Təqaüd Proqramının təqdimatı keçirilib

Bu gün, 14:49- Azərbaycanda yeni 10 manatlıq dövriyyəyə buraxılır- — FOTOLAR

Bu gün, 13:38- Sabahın hava proqnozu: güclü külək, yağış, qar

Bu gün, 13:26- Agentlikdən güclü küləklə bağlı XƏBƏRDARLIQ

Bu gün, 13:14- Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə yeni qaydalar təqdim olunub

Bu gün, 13:05- Ombudsman “Soyqırımı bəyanatı” verdi

Bu gün, 12:53- Sənədsiz evlər konsepsiyası Prezident Adminstrasiyasına təqdim olunacaq

Bu gün, 12:41- Bu şəxslərə avtomobil veriləcək - Prezident sərəncam imzaladı

Bu gün, 12:30- Azərbaycanda nazir müavini işdən çıxarıldı

Bu gün, 12:19- Türk Standartları İnstitutunun Baş katibinin müşaviri: “Davamlı olaraq inkişaf edən, güclənən bir Azərbaycan var”

Bu gün, 12:10- KİVDF Müşahidə Şurası fərdi jurnalist yazıları müsabiqəsinin nəticələrini təsdiq edib

Haqqımızda Əlaqə

Genetik Ehtiyatlar İnstitutu: Azərbaycan narın ilkin əmələgəlmə mərkəzlərindən biridir (ÖZƏL)

Tarix:15-03-2019, 10:57 Baxış Sayı:37

Genetik Ehtiyatlar İnstitutu: Azərbaycan narın ilkin əmələgəlmə mərkəzlərindən biridir (ÖZƏL) Azərbaycanın dünyada nar bitkisinin ilkin əmələgəlmə mərkəzlərindən biri olmasını təsdiqləyən yeni nəticələr əldə edilib.

Bunu özəl olaraq Trend-ə AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov deyib.

Onun sözlərinə görə, hazırda 200-ə yaxın Azərbaycan mənşəli nar sortu məlumdur. Bizim tərəfimizdən ilk dəfə narın 85 sort və formasının genetik müxtəlifliyi molekulyar səviyyədə tədqiq edilib. Tədqiqat zamanı nümunələr arasında genetik müxtəlifliyin yüksək olduğu olduğu aşkar edilib, yəni hər bir nar sortu digərlərindən fərqlənib.

Z.Əkpərov deyib ki, nar sortlarının bu qədər müxtəlifliyi onun uzun illər ərzində yarandığını və Azərbaycanda nar bitkisinin min illər ərzində yetişdiyini göstərir:

"Hazırda narın əsas vətəni Azərbaycanla yanaşı, İran, Türkiyə, Gürcüstan və Əfqanıstan sayılır. Amma Azərbaycanda nar sortlarının müxtəlifliyi və yabanı formalarının yayıldığı ərazilər çoxdur. Hesab edirik ki, Azərbaycan narın ilkin əmələgəlmə mərkəzlərindən biridir. Bu fakt bizim tərəfimizdən molekulyar səviyyədə aparılan tədqiqatla sübuta yetirilir".

Z.Əkpərov öyrənilən nar nümunələrinin genetik profillər əsasında pasportlaşdırıldığını da qeyd edib.

Nəticələr əsasında ingilis və rus dillərində hazırlanan məqalələr Rusiya Elmlər Akademiyasının "Genetika" jurnalında dərc edilib.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...