Anons

Dünən, 17:07- BDU-nun 100 illik yubileyi Qara Dəniz Universitetləri Şəbəkəsində qeyd ediləcə

Dünən, 16:54- Azərbaycanda çörəyin istehsalı və satışı daha 1 il ƏDV-dən azad oluna bilər

Dünən, 16:45- “Nar” nömrə ilə xaricdə “WhatsApp” pulsuzdur"

Dünən, 16:32- Martın 21-dən temperatur yüksələcək

Dünən, 16:23- Stilist Nuranə Salmanova: "Bu gün beş-altı stilistdən biri mənəm"

Dünən, 16:10- Vatsapın qurucusundan istifadəçilərə ŞOK XƏBƏRDARLIQ

Dünən, 15:56- NAXÇIVAN - AZƏRBAYCANDA AVROPA ŞƏHƏRLƏRİNİ XATIRLADAN MƏKANDIR

Dünən, 15:35- Yeni sərəncamla müharibə əlillərinə bu il əlavə 400-dən çox avtomobil veriləcək

Dünən, 15:27- FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Dünən, 15:12- AzTU-da SOCAR-ın Daxili Təqaüd Proqramının təqdimatı keçirilib

Dünən, 14:49- Azərbaycanda yeni 10 manatlıq dövriyyəyə buraxılır- — FOTOLAR

Dünən, 13:38- Sabahın hava proqnozu: güclü külək, yağış, qar

Dünən, 13:26- Agentlikdən güclü küləklə bağlı XƏBƏRDARLIQ

Dünən, 13:14- Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə yeni qaydalar təqdim olunub

Dünən, 13:05- Ombudsman “Soyqırımı bəyanatı” verdi

Dünən, 12:53- Sənədsiz evlər konsepsiyası Prezident Adminstrasiyasına təqdim olunacaq

Dünən, 12:41- Bu şəxslərə avtomobil veriləcək - Prezident sərəncam imzaladı

Dünən, 12:30- Azərbaycanda nazir müavini işdən çıxarıldı

Dünən, 12:19- Türk Standartları İnstitutunun Baş katibinin müşaviri: “Davamlı olaraq inkişaf edən, güclənən bir Azərbaycan var”

Dünən, 12:10- KİVDF Müşahidə Şurası fərdi jurnalist yazıları müsabiqəsinin nəticələrini təsdiq edib

Haqqımızda Əlaqə

Binəqədidə “Ölkəmizi Tanıyaq” adlı tədbir keçirildi

Tarix:14-03-2019, 16:12 Baxış Sayı:36

Binəqədidə “Ölkəmizi Tanıyaq” adlı tədbir keçirildi
14 mart tarixində “Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində Binəqədi məktəblilərinin Naxçıvan Muxtar Respublikasına yola salınmaları münasibətilə tədbir keçirildi. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Bakı Şəhəri üzrə Təhsil idarəsinin müdir müavini Hüseyn Əsgərov,Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Aparatın şöbə müdirləri, məktəb direktorları, valideynlər, ASAN Könüllüləri, “Ölkəmizi tanıyaq” tur aksiyanın iştirakçıları iştirak etdilər. Tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binası qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri düzərək, dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildirdilər.

Tədbirdə çıxış edən 283 nömrəli məktəbin direktoru Tünzalə Zeynalova layihənin məktəblilərin dünyagörüşünün daha da zənginləşməsinə, gənclərin vətənpərvərlik və azərbaycançılıq prinsipləri əsasında tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasına çox böyük töhfələr verdiyini bildirdi. “Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçısının valideyni Gülabətin Əhmədova bu layihənin məktəblilərə göstərilən diqqət və qayğının bariz nümünəsi olduğunu dedi. Sonra çıxış edən 314 nömrəli tam orta məktəbin şagirdi Rüstəm Mirzəzadə, 297 nömrəli tam orta məktəbin şagirdi Gülsüm Baxışova, 3 nömrəli məktəbin şagirdi Gülər Quluzadə “Ölkəmizi tanıyaq” tur-aksiyasının onların həyatında çox böyük və yaddaqalan olacağı fikrini səsləndirdilər.

Bakı Şəhəri üzrə Təhsil idarəsinin müdir müavini Hüseyn Əsgərov sadə insanların, ziyalıların, müəllimlərin, valideynlərin yekdil rəyinə görə, bu layihənin məktəblilərin dünyagörüşünün daha da zənginləşməsinə, gənclərin vətənpərvərlik və azərbaycançılıq prinsipləri əsasında tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasına çox böyük töhfələr verdiyini qeyd etdi.

Daha sonra çıxış üçün söz Binəqədi Rayon İcra hakimiyyətinin başçısı cənab Elxan Allahverdiyev verildi. Natiq ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə ənənəvi olaraq keçirilən bu maarifləndirici layihənin əsas məqsədi ölkə məktəblilərinin respublikamızın ərazisini yaxşı tanımaları, tarixi yerlərlə yaxından tanış olmaları, tətil günlərini səmərəli keçirmələri, digər rayon və şəhərlərdən olan həmyaşıdları ilə tanış olmaqları olduğunu qeyd etdi. E.Allahverdiyev “Ölkəmizi tanıyaq” layihəsinin gənc və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayacağını qeyd etdi. Natiq gənclərimizə ölkəmizin tarixini, mədəniyyətini, adət-ənənələrini öyrətməklə yanaşı, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə milli dövlət quruculuğu sahəsində görülmüş işlərlə, ölkə başçımız cənab İlham Əliyevin həyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hər bir şəhər və rayonun nümunəsində tanış olmaq imkanı yaradacağından bəhs etdi. Sonda səfərin proqramı ilə iştirakşılar tanış oldular və tədbir bədii hissə ilə davam etdi.Novruz bayramının əsas simaları olan Kosa,keçəl və Bahar qızı tur-aksiya iştirakçılarını salamladı,daha sonra məktəblilər Binəqədi rayonu gənclərinin ifasında bayram müsiqilərini dinlədilər, qonaqlar aksiya iştirakçılarının ifasında “Şərur yallısı” nı izlədilər.

Sonda Tur-aksiyanın iştirakçıları üzərində “Ölkəmizi tanıyaq” sözləri yazılmış tortu kəsdilər.

Binəqədidə “Ölkəmizi Tanıyaq” adlı tədbir keçirildi
Binəqədidə “Ölkəmizi Tanıyaq” adlı tədbir keçirildi
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...