Anons

Bu gün, 15:48- “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı keçiriləcək

Bu gün, 14:32- Müharibə veteranlarına MÜJDƏ... - Prezidentin aylıq təqaüdü təyin olunacaq

Bu gün, 12:31- Türkiyə Aya Sofyaya məscid statusu verir - Ərdoğan açıqladı

Dünən, 12:59- Kosmetoloq dr. Məlahət Rüstəmova: "Zaman məni uzaqlardan gətirdi"

23-03-2019, 19:16- Həkim-dermatoveneroloq Elnur Nəzərov:"Hər bir insan öz dərisini tanımalıdır"

22-03-2019, 21:11- Təhsil naziri əmr imzaladı

22-03-2019, 18:42- Birinci qrup əlillər gələn aydan Prezidentin təqaüdü veriləcək

22-03-2019, 12:38- Revmatoloq dr. Ceyhunə İsmayılova: "Mənə həmişə təkan verən anamdır"

19-03-2019, 20:29- “Neftdən də böyük sərvətiniz var“ – “Bahar qızları” aksiyası

19-03-2019, 18:46- 100 yaşlı BDU “DOST Xonçası”na 100 xonça ilə qoşuldu

19-03-2019, 17:15- ADU-da təntənəli “Multikultural Novruz bayramı” tədbiri keçirilib

19-03-2019, 17:12- Nazarbayev istefa verdi

19-03-2019, 16:56- “ASAN Xidmət” sədrinə yeni müavin təyin olunub

19-03-2019, 16:48- Rumın Dili və Mədəniyyəti İnstitutunun rəhbəri ADU-da olub

19-03-2019, 16:39- Azərbaycana daha çox səfər edənlər Rusiya və Gürcüstan vətəndaşları olub

19-03-2019, 16:27- Deputatlarımız ABŞ-a səfər edəcəklər

19-03-2019, 16:15- “Kaspersky Lab”: Azərbaycan fişinq hücumlarının sayına görə 79-cu yerdədir

19-03-2019, 16:02- “Nar” abunəçiləri üçün Novruz kampaniyası!

19-03-2019, 15:56- ADU-nun rektoru Macarıstanın Azərbaycandakı səfiri ilə görüşüb

19-03-2019, 15:44- Paytaxtda yeni poçt şöbəsi istifadəyə verilib

Haqqımızda Əlaqə

QMİ: Yalnız dövlət tərəfindən qeydə alınmış nikah üçün dini nikah oxuna bilər

Tarix:27-12-2018, 18:24 Baxış Sayı:168

QMİ: Yalnız dövlət tərəfindən qeydə alınmış nikah üçün dini nikah oxuna bilər Din xadimləri yalnız dövlət tərəfindən qeydə alınmış nikah üçün dini nikah oxuya bilər. Bu qaydaya riayət etməyən QMİ rəsmi din xadimlərinə qarşı müvafiq cəza tədbirləri görüləcək.

Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, bu barədə Qazılar Şurasının üzvləri və İdarənin yerlərdəki səlahiyyətli nümayəndələrinin birgə toplantısında qeyd edilib.

Toplantıda Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak edib.

Toplantıda cəmiyyəti narahat edən bir sıra məsələlərə münasibət bildirilib. Bu xüsusda, erkən nikahlarla bağlı məsələ gündəmə çıxarılıb. Azyaşlı qızların ailə qurması kimi hallarla bağlı din xadimləri xüsusi vurğulayıblar ki, bu məsələyə dair QMİ Qazılar Şurasının 23 noyabr 2002-ci il tarixli Fətvası var. Fətvada deyilir ki, dini nikah mərasimi rəsmi dövlət qeydiyyatı idarələrində rəsmən qeydiyyat aparıldıqdan sonra icra edilə bilər.

Göstərilən Fətvada, həmçinin, ölkəmizin iqlim şəraiti nəzərə alınaraq Azərbaycanda evlənmək üçün yaş həddi həm oğlanlar, həm də qızlar üçün 18 (müstəsna hallarda 17) yaş göstərilir ki, bu da dövlətimizin qanunlarına müvafiqdir. Bununla bağlı İdarənin Aparat rəhbəri Simran Həsənov ətraflı şərh verib.

Tədbirdə bildirilib ki, erkən nikahlar mənfi hallara gətirib çıxarır. Ailə quran insanların hüquqlarının təminatını dövlət öz üzərinə götürdüyünə görə din xadimləri yalnız mənəvi cəhətdən xeyir-dua verirlər. Toplantıda Qazılar Şurası üzvlərinə tapşırıq verilib ki, bu məsələlərdə daha ayıq-sayıq olsunlar və erkən nikahların qarşısının alınması kimi ictimai əhəmiyyətli mahiyyətini və QMİ-nin mövqeyini məscidlərdə və məclislərdə dindarlara daha fəal şəkildə çatdırsınlar.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...