Anons

Dünən, 14:22- Azərbaycanda Turizm Təlim və Sertifikasiya Mərkəzi yaradılıb

Dünən, 12:16- İyulun 1-dək 120 min şəxsə elektron qaydada fərdi hesab açılıb

Dünən, 11:41- Prezident İlham Əliyev Bakıda yarımstansiyasının açılışında iştirak edib

Dünən, 10:38- Dünyada koronavirusa yoluxanların sayı 12 milyon nəfəri keçib

8-07-2020, 13:50- Bakıda tədrisi digər dillərdə olan bölmələrin I sinfə qəbul üçün məktəb seçiminə başlanılıb

8-07-2020, 12:27- Azərbaycan şahmatçısı Qran-Pridə dünya çempionu ilə oynayacaq

8-07-2020, 11:45- AQTA: Yay aylarında qida zəhərlənmələrinə daha çox təsadüf edilir

8-07-2020, 10:20- Bakının rabitə operatoru 3 min LTE modem alır

7-07-2020, 14:13- ETSN durğun hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib

7-07-2020, 12:28- "Google" və "Deutsche Bank" əməkdaşlıq edəcək

7-07-2020, 11:50- Avropada tarix yazan məşqçilərin adı açıqlanıb: Fatih Terim ən çox uduzan mütəxəssisdir

6-07-2020, 14:32- Dövlət Turizm Agentliyi: Karantin rejiminin bitdiyi günün səhərisi Azərbaycanda turizm bərpa oluna bilər

3-07-2020, 17:15- Bakıda koronavirusa yoluxma ən çox Binəqədi rayonundadır

3-07-2020, 16:42- Balaxanı qəsəbəsi turizm marşrutlarına salınacaq

3-07-2020, 12:36- Azərbaycanda qeydiyyatda olan narkotik istifadəçilərinin sayı açıqlanıb

3-07-2020, 11:24- İyulun 4-də Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

3-07-2020, 10:09- ÜST: Hazırda 17 koronavirus peyvəndi klinik sınaq məshələsindədir

2-07-2020, 20:12- Sərt karantin rejimi uzadıldı - Rayon və şəhərlərin sayı artırıldı

2-07-2020, 16:31- Azərbaycanda 5G texnoologiyası tətbiq olunmur - RƏSMİ

2-07-2020, 13:17- UEFA 775 milyon avroluq fond yaratdı

Haqqımızda Əlaqə

BƏƏ-nin Bakıdakı səfirliyi qiyamçılara etiraz ETDİ

Tarix:13-06-2018, 17:07

BƏƏ-nin Bakıdakı səfirliyi qiyamçılara etiraz ETDİ “Ərəb koalisiyasının Yəmənə müdaxiləsi , eləcə də Hodeyda ətrafında gedən əməliyyatlar qanuni Yəmən hökumətinin xahişinə əsaslanır. Və böhrana dair BMT Təhlükəsizlik Şurasının 2216, 2204, 2201, 2140 saylı qətnamələri daxil olmaqla, BMT Təhlükəsizlik Şurasının bütün müvafiq qətnamələrinə müvafiqdir”.

Bu haqda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı səfirliyindən mətbuata daxil olan bəyanatda bildirilib.

Qeyd olunub ki, ərəb koalisiyasının Hodeydanı azad etmək üçün olan əməliyyatları Yəmənin qanuni hökumətinə strateji limanda təhlükəsizlik və sabitliyi bərpa etmək, ölkədə humanitar böhranı yüngülləşdirmək və siyasi prosesdəki vəziyyətdən çıxış əldə etmək məqsədini daşıyır.

Bildirilib ki, husi qıyamçıları Hodeyda limanından Səudiyyə şəhərlərini hədəf almaq məqsədi ilə istifadə edirlər.

“İran silahlarını və ballistik raketlərini ölkəyə qaçaqmalçılıqla gətirmək üçün buradan istifadə edilir. Eəcə də limandan gəlirlərindən özlərinin davam edən amansız kampaniyalarını maliyyələşdirmək üçün sui-istifadə edirlər.

Hodeyda limanını müharibəni və Yəmən xalqının iztirabını uzatmaq üçün istismar edirlər.

Husilərin limanı pis idarə etməsi və humanitar ehtiyatları tutub saxlamaları Yəməndə humanitar vəziyyətə pis təsir edib. Koalisiyanın yardım yükləri tez-tez qiyamçılar tərəfindən müsadirə edilib və qara bazara yönəldilib. Bu, koalisiyanın humanitar böhranı yüngülləşdirmək məqsədi daşıyan öhdəliyini poza bilməyib”-deyə bəyanatda qeyd olunub.

Bəyanatda göstərilib ki, BMT-nin Hodeyda məsələsinin həlli üzrə danışıqlar aparmaq səyləri davam edir.

“Bu məqamda isə husilər BMT Elçisi Martin Qriffisin limanı vermək təkliflərinə təkrar-təkrar etiraz ediblər.

Ərəb koalisiyasının günahsız yəmənli mülki əhalini qorumaq və yardım yüklərinə təhlükəsiz yol təmin etmək məqsədilə hərbi həll yolu ilə getməkdən başqa seçimi qalmadı.

Ərəb koalisiyası, həmçinin, azad olunmuş ərazilərdə Yəmən xalqının təxirəsalınmaz və uzun müddətli humanitar ehtiyaclarına cavab vermək məqsədilə Hodeyda şəhəri üçün hərtərəfli humanitar plan başlayıb.

Ərəb koalisiyası BMT-yə və digər qeyri-hökumət təşkilatlarına planlaşdırdığı fəaliyyəti bildirib və onların heyətinin vaxtından əvvəl Hodeydadan təhlükəsiz keçidini təmin edib.

Husi qiyamçılarından limanın geri alınması işin nəticəsini siyasi həll yoluna qoymaq və ilişib qalmış BMT danışıqlarında təkanı canlandırmaq məqsədini daşıyır”.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...