Anons

Dünən, 19:38- Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

Dünən, 19:10- İlham Əliyev 4 kəndi də qaytardı

Dünən, 16:33- 109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

Dünən, 16:06- "Bura bildiyiniz bazardır..." - GİLEY

Dünən, 15:40- Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

Dünən, 14:44- Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

Dünən, 12:55- "Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

Dünən, 11:03- Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

Dünən, 10:27- Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

Dünən, 09:48- DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

Dünən, 09:25- Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

18-04-2024, 20:55- MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

18-04-2024, 19:08- Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18-04-2024, 18:40- Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

18-04-2024, 16:31- Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

18-04-2024, 15:11- Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

18-04-2024, 14:19- 285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

18-04-2024, 13:45- "Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

18-04-2024, 12:42- Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

18-04-2024, 12:05- İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

Haqqımızda Əlaqə

2050-ci ilə qədər dünya əhalisinin 66 faizinin şəhərlərdə yaşayacağı proqnozlaşdırılır

Tarix:12-07-2021, 15:56

2050-ci ilə qədər dünya əhalisinin 66 faizinin şəhərlərdə yaşayacağı proqnozlaşdırılır İyulun 11-i Ümumdünya Əhali Günüdür. Bu əlamətdar tarixi 1989-cu ildə BMT-nin əhali problemlərinin həllinə yardım göstərən ən iri beynəlxalq təşkilatı olan Əhali Fondu təsis edib. Bu gün ilk dəfə 1990-cı ildə 90-dan artıq ölkədə qeyd edilib.

Bu günün təsis edilməsində məqsəd ailə planlamasının əhəmiyyəti, gender bərabərliyi, yoxsulluq, qadın sağlamlığı və insan hüquqları kimi dünya əhalisi ilə bağlı müxtəlif məsələlər barədə məlumatlılığı artırmaq, insanların problemlərinə xüsusi diqqət yetirmək və ümumi inkişafa nail olmaqdır.

Dünya əhalisinin 1 milyarda qədər artması yüz minlərlə il çəkdi və say təxminən 200 il ərzində yeddi dəfə artdı. 2011-ci ildə qlobal əhali sayı 7 milyardlıq səviyyəyə çatdı və bu gün təxminən 7,7 milyard nəfərə bərabərdir. 2030-cu ildə dünya əhalisinin sayının 8,5, 2050-ci ildə 9,7 milyarda, 2100-cü ildə 10,9 milyarda çatması gözlənilir.

Yaxın keçmişdə doğum səviyyəsində və yaşam gözləntilərində çox böyük dəyişikliklər oldu. 1970-ci illərin əvvəllərində qadınların hər birinin ortalama 4.5 uşağı vardı. 2015-ci ilədək dünya üçün hər qadına düşən ümumi doğum 2,5 uşaqdan az oldu. Bu arada, orta ömür 1990-cı illərin əvvəllərindəki 64,6 yaşdan 2019-cu ildə 72,6 yaşa qədər artdı.

Bundan əlavə, dünyada şəhərləşmə və miqrasiya sürətlənir. 2007-ci ildə ilk dəfə olaraq şəhərlərdə yaşayanların sayı kəndlərdə yaşayanları üstələdi. 2050-ci ilə qədər dünya əhalisinin 66 faizinin şəhərlərdə yaşayacağı proqnozlaşdırılır.

Əhalisinin sayına görə ilk onluqda Çin, Hindistan, ABŞ, İndoneziya, Pakistan, Braziliya, Nigeriya, Banqladeş, Rusiya, Meksika qərarlaşıb. Azərbaycan isə əhalisinin sayına görə 90-cı yerdədir.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən ilin əvvəlindən ölkə əhalisinin sayı 13 min 945 nəfər və ya 0,14 faiz artaraq 2021-ci il may ayının 1-i vəziyyətinə 10 milyon 133 min 78 nəfərə çatıb. Əhalinin 53 faizini şəhər, 47 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...