Anons

Bu gün, 17:30- WEF: 2021-ci ildə Dünya İqtisadi Forumu Davosda keçirilməyəcək

Bu gün, 16:47- “Nar”ın baş sponsorluğu ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir

Bu gün, 13:18- Prokurorluq Bakıda ərini dərman verib yatızdıraraq öldürən qadınla bağlı məlumat yaydı

Bu gün, 12:31- Bakıda məktəbəhazırlıq qruplarına 27 mindən çox uşaq cəlb olunacaq

Bu gün, 12:05- Müfəttişlik: İşləyən əlillər üçün qısaldılmış iş saatı tətbiq edilməlidir

Bu gün, 11:46- Azərbaycan Kubada səfirlik açacaq

Bu gün, 10:22- Bu ilin 8 ayında 10113 nəfərə yaşa görə pensiya elektron qaydada təyin olunub

Dünən, 18:53- Millət vəkili Səbinə Xasayeva gənc yazıçı Leyla Şahla görüşdü

Dünən, 15:55- Azərbaycan Novosibirsk vilayətindən buğda idxal edən ölkələrin ilk beşliyinə daxil olub

Dünən, 13:40- Sabah 29 dərəcə isti olacaq

Dünən, 13:07- “Xəzərin dalğaları” festivalı çərçivəsində növbəti ustad dərsi təşkil olunacaq

Dünən, 12:38- Prezident İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Dünən, 11:51- Məktəbəhazırlıq qruplarına qeydiyyat yekunlaşır

Dünən, 11:22- Azərbaycanda su istehlakçılarının istifadəsinə yeni veb-sayt verilib

Dünən, 10:33- "S&P": Qlobal avtomobil satışları bu il 20% azalacaq

23-09-2020, 13:20- Azərbaycanda doğum və ölümün dövlət qeydiyyatı elektron qaydada həyata keçiriləcək

23-09-2020, 12:26- Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlılara müraciət edib

23-09-2020, 11:33- Azərbaycanda "İnnovasiyalar Həftəsi" keçiriləcək

23-09-2020, 10:10- ÜST: Uşaqlarda koronavirusa yoluxma göstəricisi ümumi yoluxmanın 8.5 %-ni təşkil edir

22-09-2020, 21:21- “Azərbaycan gəncliyi və günümüzün reallıqları” - Videokonfrans / FOTO

Haqqımızda Əlaqə

ÜST koronavirus əleyhinə peyvənd təşəbbüsünə 172 ölkənin qoşulacağına ümid bəsləyir

Tarix:25-08-2020, 10:03

ÜST koronavirus əleyhinə peyvənd təşəbbüsünə 172 ölkənin qoşulacağına ümid bəsləyir Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) koronavirus əleyhinə peyvənd təşəbbüsü (COVAX) dünyanın 172 ölkəsi tərəfindən dəstəklənə bilər. Kütləvi istifadəyə yararlı peyvənd hazır olduqdan sonra ilk mühüm addım dünyanın ən yüksək riskli regionlarındakı insanları peyvəndlə təmin etməkdən ibarət olacaq.

Bu fikirləri ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus mətbuat konfransında bildirib. O qeyd edib ki, bu təşəbbüs koronavirus peyvəndlərinə ədalətli çıxışı təmin etməlidir. Təşəbbüsün uğur qazanması üçün isə əlavə maliyyə vəsaitlərinə ehtiyac var və üzv ölkələr bir sıra öhdəliklər götürməlidir.

T.Qebreyesus, həmçinin bildirib ki, bu təşəbbüs çərçivəsində hazırlanacaq vaksin mümkün qədər aşağı qiymətə satılmalı və hamı üçün əlçatan olmalıdır. “Peyvənd millətçiliyi”ni tənqid edən ÜST-nin rəhbəri bu cür yanaşmanın yalnız virusun işinə yaraya biləcəyini vurğulayıb.

ÜST ölkələri bu təşəbbüsə qoşulmağa çağırmaqla ilk növbədə dünyanın yoxsul regionlarındakı insanların peyvəndlə təmin olunmasına çalışır.

Qeyd edilməlidir ki, artıq Romanın yoluxucu xəstəliklər üzrə ixtisaslaşmış “Lazzaro Spallanzani“ xəstəxanası koronavirus əleyhinə peyvənd maddəsinin insanlar üzərində sınağına başlayıb. Xəstəxana rəhbərliyi ilk könüllü şəxsə peyvənd vurulduğunu elan edib. Xəstəxananın həkimləri üç min könüllü arasından 90 nəfəri seçiblər və testlər uğurla başa çatacağı təqdirdə alman-italyan birgə istehsalı olan vaksinin kütləvi istehsalına başlanılacaq.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...