Anons

Bu gün, 17:30- WEF: 2021-ci ildə Dünya İqtisadi Forumu Davosda keçirilməyəcək

Bu gün, 16:47- “Nar”ın baş sponsorluğu ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir

Bu gün, 13:18- Prokurorluq Bakıda ərini dərman verib yatızdıraraq öldürən qadınla bağlı məlumat yaydı

Bu gün, 12:31- Bakıda məktəbəhazırlıq qruplarına 27 mindən çox uşaq cəlb olunacaq

Bu gün, 12:05- Müfəttişlik: İşləyən əlillər üçün qısaldılmış iş saatı tətbiq edilməlidir

Bu gün, 11:46- Azərbaycan Kubada səfirlik açacaq

Bu gün, 10:22- Bu ilin 8 ayında 10113 nəfərə yaşa görə pensiya elektron qaydada təyin olunub

Dünən, 18:53- Millət vəkili Səbinə Xasayeva gənc yazıçı Leyla Şahla görüşdü

Dünən, 15:55- Azərbaycan Novosibirsk vilayətindən buğda idxal edən ölkələrin ilk beşliyinə daxil olub

Dünən, 13:40- Sabah 29 dərəcə isti olacaq

Dünən, 13:07- “Xəzərin dalğaları” festivalı çərçivəsində növbəti ustad dərsi təşkil olunacaq

Dünən, 12:38- Prezident İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Dünən, 11:51- Məktəbəhazırlıq qruplarına qeydiyyat yekunlaşır

Dünən, 11:22- Azərbaycanda su istehlakçılarının istifadəsinə yeni veb-sayt verilib

Dünən, 10:33- "S&P": Qlobal avtomobil satışları bu il 20% azalacaq

23-09-2020, 13:20- Azərbaycanda doğum və ölümün dövlət qeydiyyatı elektron qaydada həyata keçiriləcək

23-09-2020, 12:26- Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlılara müraciət edib

23-09-2020, 11:33- Azərbaycanda "İnnovasiyalar Həftəsi" keçiriləcək

23-09-2020, 10:10- ÜST: Uşaqlarda koronavirusa yoluxma göstəricisi ümumi yoluxmanın 8.5 %-ni təşkil edir

22-09-2020, 21:21- “Azərbaycan gəncliyi və günümüzün reallıqları” - Videokonfrans / FOTO

Haqqımızda Əlaqə

Daha bir ölkə BMT-nin Nüvə Silahının Ləğvi Barədə Müqaviləsini ratifikasiya edib

Tarix:10-08-2020, 14:01

Daha bir ölkə BMT-nin Nüvə Silahının Ləğvi Barədə Müqaviləsini ratifikasiya edib Daha bir ölkə BMT-nin Nüvə Silahının Ləğvi Barədə Müqaviləsini ratifikasiya edib. Bundan sonra müqavilənin tam qüvvəyə minməsi üçün onun daha altı ölkə tərəfindən ratifikasiyasına ehtiyac var.

AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, Karib dənizində yerləşən Sent Kits və Nevis Federasiyası avqustun 9-da - Yaponiyanın Naqasaki şəhərinə atom bombası atılmasının 75-ci ildönümü günü sənədlərini müqavilənin ratifikasiya olunması üçün təqdim edib.

Karib regionunun Xarici İşlər naziri Mark Brantli bununla əlaqədar öz bəyanatında bildirib ki, Naqasakiyə atom bombasının atılması insan qəddarlığının ən yüksək nöqtəsidir. Nazir qeyd edib ki, onun ölkəsi bütün dünyada sülhün mövcudluğuna sadiq kiçik bir dövlət olaraq, nüvə silahının heç bir əhəmiyyətə malik olmadığını bəyan edir. O, bütün xalqları Yer kürəsində sülhün müdafiəsinə və insanlığın qorunmasına çağırıb.

Xatırladaq ki, bu ərəfədə - avqustun 6-da İrlandiya, Nigeriya və Nieu həmin müqaviləni ratifikasiya ediblər.

BMT-nin Baş katibi Antonio Quterreş Naqasaki qurbanlarının xatirə mərasiminə ünvanladığı müraciətində həmin müqaviləni beynəlxalq aləmdə nüvə silahının ləğvinə təkan verəcək yeni kampaniyanın başlanğıcı kimi yüksək qiymətləndirib.

Xatırladaq ki, bu müqavilə BMT tərəfindən 2017-ci ildə qəbul edilib. Sənəddə nüvə silahı ilə bağlı istənilən fəaliyyəti qadağan edən hərtərəfli tədbirlər əksini tapıb. Müqavilə nüvə silahının istənilən istifadəsini beynəlxalq humanitar qanunvericiliyin prinsip və qaydalarının pozulması kimi müəyyən edir. Müqavilənin qüvvəyə minməsi üçün o, 50 dövlət tərəfindən ratifikasiya olunmalıdır.

Lakin nüvə silahına malik olan və Yaponiya kimi ABŞ-ın nüvə çətiri altında olan ölkələr həmin müqaviləni imzalamaqdan imtina edirlər.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...