Anons

Dünən, 19:12- QRAND QUDMANYAN: QARABAĞ AZƏRBAYCAN TORPAĞIDIR VƏ HƏMİŞƏ DƏ BELƏ OLACAQDIR.

Dünən, 17:08- “AzerTelecom” “Caspian Energy Forum Baku-2019”a tərəfdaş qismində dəstək verir

Dünən, 16:55- “Nar” “Bilik günü”nü kənd məktəbliləri ilə birgə qeyd etdi

Dünən, 16:43- Kolumbiya Azərbaycandan olan gül şirkətlərini Boqotaya dəvət edir

Dünən, 16:32- Gimnastlarımız Dünya Kubokunda gümüş medal qazandı

Dünən, 16:24- Nazir müavini: Azərbaycanda elektrik və hibrid avtomobillərin istifadəsi təşviq olunmalıdır

Dünən, 16:10- KOBİA-nın stendi “Ən yaxşı sosial layihə” mükafatına layiq görülüb

Dünən, 15:57- Azərbaycan QDİƏT PM-in komitə iclasında təmsil olunacaq

Dünən, 15:36- Bakı metrosu 1-ci sinif şagirdi olan sərnişinlərə sürpriz etdi

Dünən, 15:27- Bakı Dövlət Universitetində Bilik Günü keçirilib

Dünən, 15:12- Azərbaycanda bu il mobil rabitə operatorları 579 milyon manat gəlir əldə edib

Dünən, 14:55- Qoruqlara giriş ödənişsiz olacaq - TARİXLƏR

Dünən, 14:38- Astara el məzarlığında ŞƏHİDLƏRİN XATİRƏ GUŞƏSİ yaradıldı

Dünən, 14:31- Sabahın hava proqnozu açıqlanıb

Dünən, 13:43- Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul edib

Dünən, 13:31- Azərbaycan məhsulları “Food Expo Warsaw-2019” sərgisində

Dünən, 13:22- Bakıda Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığı üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilir

Dünən, 13:10- Mixail Şumaxer xəstəxanadan buraxılıb

Dünən, 12:57- Bu ilin 7 ayında 9793 boşanma qeydə alınıb

Dünən, 12:38- Azərbaycanda bu il 1844 əkiz, 48 üçəm doğulub

Haqqımızda Əlaqə

Dövlət komitəsi Məhərrəmlik ayı ilə bağlı müraciət etdi

Tarix:21-08-2019, 09:53 Baxış Sayı:0

Dövlət komitəsi Məhərrəmlik ayı ilə bağlı müraciət etdi Sentyabrın 1-də müsəlman dünyasında Məhərrəmlik ayının başlanması ilə əlaqədar məscidlərdə və digər ibadət yerlərində dini mərasimlərin icrası zamanı Qafqaz Müsəlmanları İdarəsinin verdiyi fətvanın tələblərinə ciddi riayət olunması vacibdir.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov Astarada “Din və ideoloji təhlükəsizlik” mövzusunda seminar-müşavirədə deyib.

Komitə rəsmisi bildirib ki, hazırki dövrdə dünyanın bir çox dövlətləri dini ekstremizm və terrordan ciddi əziyyət çəkir, terror hadisələri səbəbindən bölgələrdə ictimai sabitlik pozulur:

“Dinin əhalinin dinclik və etibarına təsir edəcək şəkildə terrorçu və ekstremist qruplar tərəfindən istismarı dövlət təhlükəsizliyi üçün böyük təhdid yaradır. Bu baxımdan dinin insan mənəviyyatında, əxlaqında və ictimai şüurunda oynadığı mühüm rolun və təsirin doğru məcraya yönləndirilməsi mühüm məsələdir”.

Sədr müavininin sözlərinə görə, ölkəmizdə din dövlətdən ayrı olsa da, dövlət ölkədəki dini duruma və vətəndaşların təhlükəsizliyinə görə bilavasitə məsuliyyət daşıyır.

Dövlətimizin dini ekstremizmin qarşısının alınması, vətəndaşlarımızın yad dini ideologiyaların təsirindən qorunması, ölkədəki dini durumun sabit saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlərin önəminə diqqət çəkən sədr müavini hazırda dünyada, xüsusilə müsəlman ölkələrində sabitliyin pozulmasında din amilinin xüsusi rol oynadığını və beynəlxalq güclərin bu vəziyyətdən məharətlə istifadə etdiyini diqqətə çatdırıb.

Cəmiyyətdə dini biliklərin yetərsizliyinin insanpərvərlik prinsipləri ilə ziddiyət təşkil edən zərərli fikirlərin, məzhəbçilik və təriqətçilik kimi mənfi təzahürlərin yayılmasına səbəb olduğunu nəzərə çatdıran S.Heydərov bu kimi tendensiyalarla mübarizədə ən səmərəli metodlardan birinin maarifləndirmə işinin gücləndirilməsi olduğunu deyib.

Komitə sədrinin müavini çıxışında, həmçinin ölkəmizin təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınmasında ən mühüm vasitə olan vətənpərvərlik, dövlətçilik amallarının, milli-mənəvi irsin, adət-ənənələrin aşılanması, cəmiyyətin, xüsusilə gənc nəslin dini dözümlülük və tolerantlıq mədəniyyətinin inkişaf etdirilməsi ruhunda tərbiyə olunmasının önəmindən danışıb.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...