Anons

16-08-2019, 17:34- Yaxın günlərdə bu yaşayış məntəqələrinə qaz veriləcək - “Azəriqaz” açıqladı

16-08-2019, 17:09- AzTU yeni ERASMUS+K2 layihəsinin qalibi oldu

16-08-2019, 16:56- Rəhman Nəsirli müsabiqə yolu ilə ADU-da qəbul olub

16-08-2019, 16:44- DSX əməkdaşlarına yüksək rütbələr verildi - SƏRƏNCAM

16-08-2019, 16:35- “Nar”-ın sürətli 4G şəbəkəsi artıq Qobustan və Xızıda!

16-08-2019, 15:50- Azərbaycan-Ermənistan sərhədində sərhəd mühafizə sistemi yaradılır

16-08-2019, 15:38- Bu il ölkə sərhədini pozan 1989 nəfər saxlanılıb

16-08-2019, 15:29- DYP texniki baxışla bağlı XƏBƏRDARLIQ edib

16-08-2019, 15:16- Hava proqnozunun verilməsi çətinləşib - Fəsillər arasında keçidlər "sürüşür"...

16-08-2019, 15:07- Hərbi həkimlərimiz kubok və medalla təltif olunub

16-08-2019, 14:54- Çexiya şirkəti Azərbaycandakı filialını bağlayıb

16-08-2019, 14:43- Bakıda itkin düşən bacı-qardaş oğurlanıb - Anasından ŞOK AÇIQLAMA

16-08-2019, 14:35- Azərbaycanda 7 ay ərzində 27,3 milyard manatlıq sənaye məhsulu istehsal edilib

16-08-2019, 14:21- Sənətkarlıqla məşğul olan sahibkarlar KOBİA-nın dəstəyindən yararlanır

16-08-2019, 14:12- Rusiyanın “Vostok” televiziyası Azərbaycanla bağlı layihələrə başlayır

16-08-2019, 13:56- Ötən il Azərbaycanda 56 uşaqda peyvənddən sonra reaksiya və ağırlaşma halları olub

16-08-2019, 13:48- “Nəsimi ili” ilə əlaqədar növbəti tədbir keçirilib

16-08-2019, 13:39- Sabah Bakıda 34 dərəcə isti olacaq

16-08-2019, 13:05- Qırğızıstan məhkəməsi Atambayev barədə qərar çıxardı

16-08-2019, 12:51- Xəzərdə qəzaya uğramış hərbi təyyarəmizin yeni qalıqları tapıldı

Haqqımızda Əlaqə

Axund: “Bütün məscidlərdə birmənalı şəkildə nəzir qutuları olmalıdır!”

Tarix:7-08-2019, 15:52 Baxış Sayı:23

Axund: “Bütün məscidlərdə birmənalı şəkildə nəzir qutuları olmalıdır!” Bəzən deyirlər ki, pirə və ziyərətgahlara gedib, nəzir verib nəsə istəmək Allah qarşısında bəyənilməyən əməllərdən hesab olunur. Bunun əksini düşünənlər də var. İkincilərin fikrincə, nəzir, ianə dinin əsas dəyərlərindəndir. Onlar iddia edirlər ki, nəzir insanı baş verə biləcək təhlükədən qoruyur.

Bəzi insanlar düşünür ki, məscidlərdə və ziyarətgahlarda qoyulan nəzir qutuları camaatdan pul yığmaq məqsədi ilə qoyulur. Qutuya atılan pullar isə kimlərində cibinə gedir.

Lakin din xadimləri və axundlar bu fikri təkzib edirlər. Onlar söyləyirlər ki, nəzir qutusunda olan pullar birbaşa ya kimsəsizlərə, ya da məscidin saxlanılmasına xərclənir.

Yeri gəlmişkən, bu gün sosial şəbəkədə nəzir qutuları mövzusu ilə bağlı müzakirə açıldığından dəfələrlə medianın gündəmində olmuş bu məsələyə yenidən qayıtmağı lazım bildik.

İçərişəhər “Cümə” məscidinin axundu Hacı Surxay Məmmədli məsələ barədə açıqlama verib:

“Əslində bütün məscidlərdə birmənalı şəkildə nəzir qutuları olmalıdır. Məscidlər xalqın üz tutduğu əsas yerlərdən biridir, bir sözlə xalqa məxsusdur. Məsələn, biri Allahdan öz istək və arzusunun həyata keçməsi üçün nəzir deyir və gətirir qutuya öz nəzirini atır. Bu, məscidlərə inamla bağlıdır. Kimisə məcbur etmirlər ki, gətir qutuya nəzir at. Xalqın ianəsindən gələn pullar məscidin daxili işlərinə sərf olunur. Ən çox vəsait isə təbii ki,kimsəsizlərə, imkanı olmayanlara paylanılır. Bəzən elə olur ki, məscidin daxilindəcə ehtiyacı olan şəxslərə yardım edilir. Onu dəqiq demək olmur, gün ərzində müəyyən vəsait yığılacaq, ya yox. Təbii ki, bu, insanın inam və etiqadından asılı olan bir şeydir. Birdən olur ki, heç vəsait yığılmır ”.

Hacı Surxay nəzir qutularında yığılan pulların kimlərinsə cibinə getdiyi fikri ilə qətiyyən razılaşmır. Axund bildirir ki, bu, ən azından Allah qarşısında bəndələrə edilmiş bir haqsızlıqdır:

Nəzir qutularından yığılan pullar kimlərinsə cibinə yox, birbaşa olaraq bu pula ehtiyac duyan şəxslərə gedir. Əlbəttə, hər məsciddə olduğu kimi, bizim məscidin də əsas vəzifəsi kimsəsizlərə əl tutmaqdır.Biri gəlir ki, “xəstəyəm, dərman almağa gücüm çatmır”, yaxud “evdə yeməyə çörəyimiz yoxdur”, bu kimi problemi olan şəxslər bizə daha çox müraciət edir. Biz də Allahın izni ilə köməklik göstəririk”. скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...