Anons

Bu gün, 16:13- Azərbaycanda yeni işgüzar turizm məhsulları yaradılacaq

Bu gün, 15:43- “Azərbaycan Dəmir Yolları” TDƏŞ-in üzvlüyünə qəbul edilib (FOTO)

Bu gün, 15:31- Qobustan qoruğunda "Avropa İrs Günləri" qeyd olunub

Bu gün, 15:19- Kənd Təsərrüfatı Nazirliyi: İsmayıllıdakı hadisə günvurna ilə bağlıdır (ÖZƏL)

Bu gün, 15:10- Qaxda III Bal bayramı keçirilir

Bu gün, 14:58- Yasamal rayon MKS-inin 3 saylı filialının əməkdaşları Gülhüseyn Hüseynoğlunun “Mücrü“ kitabının təqdimatında

Bu gün, 14:46- Hüseyn Abdullayevə 8 il cəza istənildi - Məhkəmə zalından çıxarıldı

Bu gün, 14:23- Azərbaycanda İLK DƏFƏ toxum sərgi-satış yarmarkaları keçiriləcək

Bu gün, 14:14- Səhiyyə Nazirliyi İsmayıllıda baş verən zəhərlənmə ilə bağlı: Yardım göstərilir

Bu gün, 13:32- Sabah 34 dərəcə isti olacaq

Bu gün, 13:19- ADU kollektivi Cocuq Mərcanlı kənd orta məktəbində səfərdə olub

Bu gün, 13:07- Azərbaycanda ətin üzərinə nişan qoyulmasına görə 5 manatadək rüsum tutulacaq

Bu gün, 12:54- Azərbaycan millisi FİFA reytinqində 109-cu pillədə qalıb

Bu gün, 12:45- MTRŞ-nın Aparat rəhbəri vəzifəsi üzrə müsahibə elan edilib

Bu gün, 12:33- Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 1 milyard dolları keçib

Bu gün, 12:21- Sosial şəbəkələrin forması dəyişiləcək

Bu gün, 12:10- Ana 10 aylıq körpə qızını boğub öldürdü - Azərbaycandakı dəhşətli qətlin təfərrüatı

Bu gün, 11:52- Bakıda İpək Yolu ölkələri məhsullarının sərgisi işə başlayıb

Bu gün, 11:38- “Məktəblinin dostu” layihəsinin əhatə etdiyi məktəblərin sayı 70-ə çatdırılıb

Bu gün, 11:29- Bakı dünyanın 60 ən təhlükəsiz şəhərləri sırasındadır

Haqqımızda Əlaqə

Allahşükür Paşazadə Misirin yeni səfiri ilə görüşüb

Tarix:15-03-2018, 12:38 Baxış Sayı:7 823

Allahşükür Paşazadə Misirin yeni səfiri ilə görüşüb Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə martın 14-də Misir Ərəb Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim Ahmed İbrahimi qəbul edib. İdarədən SİA-ya verilən məlumata görə, səfiri səmimi salamlayan QMİ sədri Azərbaycan-Misir əlaqələrinin bütün sahələrdə olduğu kimi, dini-mənəvi sahədə də olan səviyyəsindən razılığını bildirib.

İstər sovetlər dönəmində, istərsə müstəqillik dövründə Azərbaycanın Misirlə vədəni-mənəvi əlaqələrinin xalqlarımız arasında qardaşlıq münasibətlərinin dərinləşməsinə rəvac verdiyini bildirən Şeyxülislam, ümummilli lider Heydər Əliyev, Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətləri dövründə yeni, daha yüksək dövlətlərarası səviyyəyə qalxmasından məmnunluqla bəhs edib.

QMİ sədri həmçinin Misirin din xadimləri ilə münasibətlərini yüksək dəyərləndirərək, bütün beynəlxalq konfranslarda yüksək əməkdaşlıq münasibətlərindən danışıb, bu yaxınlarda — 2017-ci ilin dekabrında Bakıda keçirilmiş İslam Həmrəyliyi İlinin yekunlarına dair Beynəlxalq Konfransda Misirin ali dini liderinin iştirakını rəğbətlə xatırladıb.

Şeyxülislam səfirə məlumat verib ki, həmin Konfransın yekun qərarına əsasən mərkəzi Azərbaycanda olacaq, Qafqaz Müsəlmanları İdarəsi yanında fəaliyyət göstərəcək yeni yaradılmış "Dialoqdan həmrəyliyə: dinlər və sivilizasiyalararası əməkdaşlıq" Mərkəzində Misirin yüksək səviyyəli nümayəndəsi də yer alıb.

Misirin müsəlman dünyasında rolunu dəyərləndirən Şeyxülislam A. Paşazadə, həmçinin, Azərbaycanın İslam həmrəyliyi işinə verdiyi töhfələrdən bəhs edib.

Misirin dünyaca məhşur Əl-Əzhar Universitetinin İslam dünyası üçün əhəmiyyətindən danışan QMİ sədri Misir xalqına yeni uğurlar diləyib, Novruz ərəfəsində səadət və rifah arzularını qardaş Misir xalqına və onun rəhbərliyinə çatdırmağı səfirdən rica edib. QMİ sədri səfirə Azərbaycanda qarşıdakı fəaliyyətində uğurlar diləyib.

Azərbaycanın çox gözəl ölkə olduğunu deyən Adel İbrahim Ahmed İbrahim burada özünü evindəki kimi hiss etdiyini qeyd etdi, Misir xalqının Azərbaycana və Azərbaycan xalqına səmimi hisslər bəslədiyini bildirdi. Səfir hər iki ölkə rəhbərliyinin dəstəyi ilə ölkələrimiz arasında əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini ifadə etdi. Səfir Adel İbrahim Ahmed İbrahim Qafqazın ali dini lideri Şeyxülislam Allahşükür Paşazadəyə səmimi qəbula görə təşəkkürünü bildirdi və Azərbaycanda diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasında mövcud olan dost münasibətlərin inkişafına öz töhfəsini vermək üçün səylərini əsirgəməyəcəyini bidirdi.

Səmimi şəraitdə keçən görüşün sonunda səfirə xatirə hədiyyəsi və Şeyxülislam A. Paşazadənin həyat və fəaliyyətinə həsr olunmuş albom-kitab hədiyyə olundu.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...