Anons

Dünən, 17:00- Bakıda “Qələbə hünəri” adlı rəsm sərgisi açılacaq

Dünən, 16:35- Azərbaycana gətirilən avtomobillərin sayı AÇIQLANDI - RƏSMİ

Dünən, 16:08- Həkim-kosmetoloq Nurlana Ələkbərova: "Daha çox təbiiliyə üstünlük verirəm"

Dünən, 15:26- ABŞ-ın altı şəhərində “Azərbaycan Günü” elan edilib

Dünən, 15:00- Sabah Bakıda yağış yağacaq

Dünən, 14:34- Zakir Həsənov NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi ilə görüşüb

Dünən, 14:07- Zəfər gününün tədbirlər planı təsdiqlənib - Parad GÖZLƏNİLİR

Dünən, 13:43- Münaqişəli ailələrdə böyüyən yeniyetmələrin davranışları

Dünən, 13:19- Ötən həftə 140 hektardan çox ərazi minadan təmizlənib

Dünən, 12:51- Bakıda bu məktəb 2 həftəlik bağlandı - Yoluxma sayı yüksəkdir

Dünən, 12:25- “Google” Azərbaycanın Müstəqilliyinin Bərpası Gününə "dudl" həsr edib

Dünən, 12:00- Bu gün Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın Ermənistana qarşı iddiası üzrə dinləmə keçiriləcək

Dünən, 11:06- Yaşadılan tarix şanlı tarixdir...

Dünən, 10:44- 44 günlük Vətən müharibəsinin xronikası: 18 oktyabr

Dünən, 10:18- Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 30 il ötür

15-10-2021, 17:09- Gözlənilən hava şəraiti barədə XƏBƏRDARLIQ

15-10-2021, 16:58- Həkim-kosmetoloq Sevinc Xankişiyeva: "Özümü bu sahədə xoşbəxt hiss edirəm"

15-10-2021, 16:23- Azərbaycanda işsiz şəxslərlə bağlı yeni konsepsiya hazırlanıb

15-10-2021, 16:00- Azərbaycanda təhsil alan əcnəbi tələbələrin SAYI

15-10-2021, 15:37- Azərbaycanda vərəmin ən çox yayıldığı bölgələr açıqlanıb

Haqqımızda Əlaqə

Azərbaycan Ordusunda qış mövsümünə hazırlıq başlayıb

Tarix:8-10-2021, 14:35

Azərbaycan Ordusunda qış mövsümünə hazırlıq başlayıb Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə və hərbi hissələrində qış mövsümünə hazırlıqla əlaqədar təchizat və təminat işləri başlayıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, hərbi hissələrdə silah və texnikanın payız-qış mövsümünə uyğun istismar şəraitinə keçidi təşkil olunub.

Döyüş növbətçiliyi yerinə yetirən hərbi qulluqçuların ərzaq təminatı, isti geyim və yanacaq ehtiyatı, silah və sursat təchizatı normaya uyğun şəkildə döyüş mövqelərinə çatdırılıb. Yüksək dağlıq və sərt iqlim şəraiti olan ərazilərimizdə dislokasiya olunan bölmələrə normadan əlavə təminat və təchizat vasitələri ayrılıb.

İşğaldan azad edilən ərazilərimizdə dislokasiya olunan Azərbaycan Ordusunun bölmələrinin qış mövsümünə hazırlığına və təminat təchizatına xüsusi diqqət yetirilir. Şəxsi heyətin təchizat və təminatı qış ayları ərzində heç bir problem və çətinlik çəkmədən xidmət aparmağa imkan verəcək.

Qış istismar rejiminə keçidlə əlaqədar sərt iqlim şəraitində, dağlıq-düzənlik ərazidə, gecə və gündüz rejimində fasiləsiz xidmət aparmaq üçün hərbi hissələrin döyüş qabiliyyətinin daha da artırılması, eləcə də döyüşə hazırlığının yüksək səviyyədə saxlanılması üçün planlı şəkildə bütün zəruri tədbirlər həyata keçirilir.

Silah və texnikanın, o cümlədən aviasiya vasitələrinin qış dövründə fasiləsiz və dayanıqlı istismarını təmin etmək məqsədilə bütün hərbi hissələr mərkəzləşdirilmiş qaydada yanacaq-sürtgü materialları, digər zəruri ehtiyat hissələri və avadanlıqlarla təmin edilir.

Döyüş texnikalarının və hərbi nəqliyyat vasitələrinin yanacaq-sürtgü materialları mövsümü tələblərə uyğun olaraq dəyişdirilərək ən çətin və soyuq iqlim şəraitində istismar olunması üçün döyüşə hazır vəziyyətə gətirilir.
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...