Anons

Bu gün, 15:23- Şirvanda qadını xüsusi amansızlıqla öldürən şəxslər tutulub - RƏSMİ

Bu gün, 15:00- Güclü külək əsəcək - XƏBƏRDARLIQ

Bu gün, 14:37- Sabah Moskvada üçtərəfli görüş KEÇİRİLƏCƏK

Bu gün, 14:18- Levon Aronyan Ermənistan adından yarışmaqdan imtina etdi

Bu gün, 13:52- Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

Bu gün, 13:20- Sabah 13 dərəcəyədək isti olacaq

Bu gün, 12:49- Yas və toyların bərpası ilə bağlı addımlar atılacaq - Komitə sədri

Bu gün, 12:31- İcra başçısı Aprel döyüşçülərinə yüksək vəzifə verdi

Bu gün, 11:53- Ermənistan parlamentinin binasına əlavə polis qüvvələri cəlb edilib

Bu gün, 11:27- XİN Xocalı soyqırımının ildönümü ilə əlaqədar bəyanat yayıb

Bu gün, 11:04- Bu gün bütün ölkə ərazisində Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq

Bu gün, 10:46- ABŞ-ın 5 ştatında "Xocalıya ədalət!" tələbi ilə məlumatlandırma aksiyası təşkil edilib

Bu gün, 10:12- XX əsrin faciəsi: Xocalı soyqırımından 29 il ötür

Dünən, 17:17- Həftə sonu bu ərazilərdə yenidən yarmarkalar keçiriləcək

Dünən, 16:58- Cəbrayılda daha bir nəfər minaya düşdü

Dünən, 16:29- Sabah bu marşrutların hərəkət xətti dəyişdiriləcək

Dünən, 16:04- “Dostluq” yatağına dair Anlaşma Memorandumu təsdiqləndi

Dünən, 15:40- Azərbaycanda 207 mindən çox insan koronavirusa qarşı peyvənd olunub - RƏSMİ

Dünən, 15:00- Nikol Paşinyan tərəfdarları ilə İrəvanda yürüş keçirir

Dünən, 14:36- “Apple” smartfonların satış həcminə görə “Samsung”u ötüb

Haqqımızda Əlaqə

Şotlandiya şirkəti Füzulidə tikilən aeroportun ərazisində minalardan təmizlənməni başa çatdırıb - VİDEO

Tarix:15-02-2021, 15:00

Şotlandiya şirkəti Füzulidə tikilən aeroportun ərazisində minalardan təmizlənməni başa çatdırıb - VİDEO İllərdir davam edən qeyri-sabitlik və münaqişə nəticəsində Dağlıq Qarabağ regionu müharibənin qalıqları olan partlayıcılarla həddən çox çirklənib. Ərazidə hər hansı mülki mühəndislik əməliyyatlarından əvvəl buranın BMT tərəfindən təsdiqlənmiş humanitar minatəmizləmə şirkətinin xidmətləri əsasında təmizlənməsi tələb olunurdu.

Bu, Azərbaycanın işğaldan azad edilmiş Füzuli rayonunda minatəmizləmə fəaliyyəti ilə məşğul olan Şotlandiyanın “Aardvark Group” şirkətinin açıqlamasında əksini tapıb.

Bildirilib ki, bu mürəkkəb problemin həllində istifadə olunacaq ən uyğun avadanlıqların seçilməsi üçün çirklənmənin miqyası və təbiəti ilə bağlı ətraflı araşdırma və qiymətləndirmə aparılıb.

“40 illik təcrübəsi olan “Aardvark Group” şirkəti Bosniya müharibəsindən sonra Sarayevo hava limanının minalardan təmizlənməsində iştirak edib. Logistik problemlərə və xüsusilə də COVID-19-un yaratdığı çətinliklərə baxmayaraq, “Aardvark Group” komandası Azərbaycanla razılaşdırılmış 14 gün müddətinə işlərini tamamlayıb. Bu möhtəşəm müvəffəqiyyətə Britaniyanın Müdafiə və Təhlükəsizlik İxracatı qrupu, Beynəlxalq Ticarət Departamentinin İxracata Nəzarət Birliyi Vahidi, Britaniyanın Almaniya və Azərbaycandakı diplomatik nümayəndəlikləri və Britaniya hökumətinin humanitar səylərini qəbul edən Azərbaycan hökumətinin dəstəyi olmadan nail olmaq mümkün olmazdı”, - deyə açıqlamada qeyd olunub.

Şirkətin fəaliyyətini dəyərləndirən Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp mina və digər partlayıcılar nəticəsində artan ölüm və yaralı sayını faciəvi adlandırıb.

“Aadvark Group”un nümayəndəsi Devid Klark qeyd edib ki, minalardan təmizlənmə layihəsi Füzuli Beynəlxalq Hava Limanının etibarlı tikintisini və ərazinin transformasiyasına başlanğıcı təhlükəsiz şəkildə təmin edəcək: “Azərbaycan hökumətinin planı qarşıdakı iki il ərzində bölgə iqtisadiyyatını dirçəltmək və ən əsası cəmiyyət üçün çox lazımlı bir stimul olan daxili və xarici uçuşları təmin etməkdir”.

Qeyd edək ki, “Aadvark Group” şirkəti əraziyə texniki təchizatla bərabər təlimatçı da göndərib. Bu təlimatçı minatəmizləmə fəaliyyəti ilə məşğul olan yerli heyətə təlim keçib.

скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...