Anons

Bu gün, 13:12- Azərbaycanda alüminium külçə qəliblərinin istehsalına başlanılıb

Bu gün, 11:39- XIRDALAN XIRDALANIR

Bu gün, 11:13- Nəsimi festivalı zamanı dahi şairə həsr olunan xalça sərgisi açılacaq

Bu gün, 11:06- ADU-da Çin “Zhongjujie” bayramı qeyd olunub

Bu gün, 10:51- "Papanin" 7 ildən sonra açıldı

Bu gün, 10:38- Cəbhədə son vəziyyət - MN-dən AÇIQLAMA

Bu gün, 10:27- Bu gün payız Azərbaycana daxil olur

Bu gün, 10:22- Azərbaycan Çinlə turizm sahəsində əməkdaşlığı genişləndirir

Bu gün, 09:59- Azərbaycan İAEA 2019 konfransına ev sahibliyi edir

Bu gün, 09:36- Elmlə məşğul olan Azərbaycan qadınlarının sayı artıb (ÖZƏL)

20-09-2019, 17:11- Baş pediatr: "Azərbaycanda qızılca epidemiyası müşahidə olunmur"

20-09-2019, 16:55- "Bakı Metropoliteni" bu il 150 milyondan çox sərnişin daşıyıb

20-09-2019, 16:41- 250-yə yaxın arıçı öz məhsulunu anbara təhvil verib - Yarmarkaya saylı günlər qaldı

20-09-2019, 16:32- Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzinin direktoru professor Fernando Quevedo Bakı Dövlət Universitetinə rəsmi səfərə gəlib

20-09-2019, 16:20- “Nar”-ın baş sponsorluğu ilə ən baxımlı intellektual yarış start götürür

20-09-2019, 16:08- Mərkəzi Kitabxana “Yurdda sülh, cahanda sülh” adlı tədbir keçirdi

20-09-2019, 15:59- “Əsrin müqaviləsi”nin 25 illiyinə həsr olunan poçt markaları dövriyyəyə buraxılıb

20-09-2019, 15:47- “Kaspersky Lab” kiber idmanda fırıldaqçılığa qarşı mübarizə həlli təqdim edir

20-09-2019, 15:26- Macarıstanın Baş naziri Bakıya gəlir

20-09-2019, 15:05- Mətbuat Şurası və “SOCAR-AQŞ” MMC-nin birgə keçirdiyi müsabiqə qaliblərinin adları açıqlanıb

Haqqımızda Əlaqə

Bəyanat: İşğal olunmuş əzəli Azərbaycan torpaqlarında dini abidələr vandal münasibətlə üzləşib

Tarix:23-08-2019, 11:56 Baxış Sayı:1

Bəyanat: İşğal olunmuş əzəli Azərbaycan torpaqlarında dini abidələr vandal münasibətlə üzləşib Qafqaz Müsəlmanları İdarəsi nəzdində fəaliyyət göstərən Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalarası Əməkdaşlıq Mərkəzi bəyanat yayıb.

Mərkəzdən daxil olan bəyanatda bildirilir ki, bu il Birləşmiş Millətlər Təşkilatı 22 avqustu din və etiqad zəminində zorakılıq aktları qurbanlarının Anım Günü olaraq təsis edib: "İstənilən zəmində və müstəvidə baş verən zorakılıq hallarını qətiyyətlə pisləyərək, din və etiqad mənsubiyyəti əsnasında zorakılıqla üzləşən insanlara dəstək olur, onlarla həmrəyliyimizi bildiririk. Dini mənsubiyyət və etiqadına görə insanların bu və ya digər zorakılıq halları ilə qarşılaşmasını önləmək, qarşısını qətiyyətlə almaq məramı ilə dünyanın siyasi, ictimai, elmi və dini institutları ilə əməkdaşlıq etməyə, səylərimizi birləşdirməyə hazır olduğumuzu bəyan edirik".

Bəyanatda qeyd olunur ki, XXI əsrdə dini etiqada görə zorakılığa məruz qalma təhlükəsi sivil dünyaya başıucalığı gətirmir. Təbii insan haqlarından olan din, etiqad azadlığının təmin olunması olduqca mühümdür. Bu sahədə hər hansı zor, təhdid qətiyyən yolverilməzdir: "Biz insanların məscidlərdə, kilsələrdə, sinaqoqlarda, digər dini məbədlərdə ibadət zamanı terror edilməsi kimi hallar ikrah və hiddət doğurur. Misirdə qibti zəvvarlara təcavüz, Fələstin, Suriya, Əfqanıstan, Liviyadakı durum, Yeni Zelandiya, Şri-Lanka, Pitsburqda və digər yerlərdə dini məbədlərdə törədilən mənfur terror hadisələri sivilizasiyalar arasında qütbləşməni dərinləşdirir.

Biz din və etiqad zəminində zorakılıq aktları qurbanlarını yad edərkən, bir məqamı nəzərdən qaçırmamalıyıq ki, bu hallar insan qırğını ilə yanaşı, maddi və qeyri-maddi mədəni irsin məhvi ilə müşayiət olunur. Belə zorakılıq aktları insanlara fiziki zərbə ilə yanaşı, mənəvi zərbələr vurur, minilliklər ərzində formalaşmış dini-mənəvi irs abidələrini məhv etmək, mədəni ənənələri aradan qaldırmaq kimi məkrli niyyət güdür. Beləliklə, məhv edilən dini-mənəvi abidələr də din və etiqad zəminində zorakılıq aktlarınıın qurbanları kimi nəzərdən keçirilməlidir".

Bəyanatda vurğulanır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində işğal olunmuş əzəli Azərbaycan torpaqlarında xalqımızın məhv edilən, siması dəyişdirilən dini mənəviyyat abidələri belə bir vandal münasibətlə üzləşib.

"Təəssüflər olsun ki, qloballaşan dünyada siyasi iddialar, iqtisadi maraqlar səbəbindən mənəvi-əxlaqi dəyərlər çox vaxt nəzərə alınmır ki, bu da insan hüquqlarının təmin olunması sahəsində ikili standartlara yol açır. Məsələn, Yaxın Şərqdə baş verən faciəvi hadisələr fonunda miqrant axını yaradan səbəbləri aradan qaldırmaq əvəzinə, insanlıq dramı yaşayan məcburi miqrantlara qarşı anti-humanist münasibət, irqçi və aqressiv davranış nümayiş etdirilir ki, bu da din və etiqad zəminində zorakılıq aktı kimi səciyyələndirilə bilər", - deyə bəyanatda bildirilir.

Sənəddə qeyd olunur ki, sülh və ədalətin təmininə xidmət edən dəyərlər sırasında dinc birgəyaşayış, qarşılıqlı anlaşma mədəniyyəti, humanist dəyərlər önəmli yer tutur: "Bu gün sülhün qorunması probleminin həllində, habelə terrorizm, ksenofobiya, antisemitizm, islamofobiya, ekstremizm və radikalizmin qarşısının alınmasında, dünyada sabitlik və əmniyyətin bərqərarı üçün dövlət rəhbərlərinin, ictimai və dini liderlərin birgə, davamlı əməkdaşlığı vacibdir. Dünya çapında taleyüklü qərarlar verilərkən dünya dini liderlərinin mənəvi, dini-əxlaqi dəyərləndirmələri, müdrik tövsiyə və məşvərətlərinə ehtiyac var. Bu baxımdan, bu gün milli, irqi, dini ekstremizmi önləyə biləcək multikultural həyat tərzinin qloballaşan dünyaya təqdim edilməsi vacibdir.

Bütün dinlər zor və şiddətə yox deyir. Biz, Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalarası Əməkdaşlıq Mərkəzinin üzləri dünyanın bütün siyasi və dini liderlərinə müraciət edərək, sülhün, sabitliyin qorunması naminə səylərini artırmağa, bu yolda dinlər, mədəniyyətlər arası əməkdaşlığın imkanlarından bəhrələnməyə çağırırıq. Bütün bu təzahürlərin aradan qaldırılması işində dövlət rəhbərlərinin, ictimai və dini qurum liderlərinin birgə əməkdaşlığını vacib sayırıq".скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...