Anons

Bu gün, 17:10- Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması Türkiyədə nəşr olunub

Bu gün, 16:55- Uzaqdan yaxına səmimi etiraf – Fialə Abdullayeva yazır

Bu gün, 16:48- “Nar” şəbəkəsi gücləndirilmiş iş rejiminə keçirili

Bu gün, 16:36- Azərbaycan 190 ölkə arasında 9-cu yerdədi

Bu gün, 16:27- BDU Mətbuat xidməti yenə fərqləndi

Bu gün, 16:14- Avtovağzalın məlumat mərkəzi yenilənir

Bu gün, 16:05- Ən çox nikah bağlanan ay – Azərbaycanlılar mifi dağıtdı

Bu gün, 15:53- Əfqan Abdullayev: “Vüsalə Ağabəylinin dekan kimi hansı nöqsanlara yol verdiyi faktlarla sübuta yetirilir”

Bu gün, 15:02- “Kontakt Home” CƏRİMƏLƏNDİ

Bu gün, 14:53- Dövlət Turizm Agentliyi: Şəki Xan Sarayı turistləri qəbul etməyə hazırdır

Bu gün, 14:46- 1500-dən çox tələbə oxuduğu məktəbi və ixtisası dəyişmək istəyir

Bu gün, 14:34- Adəm, naqqaş, altın və daha 50-ə yaxın söz orfoqrafiya lüğətindən çıxarılır

Bu gün, 14:17- Gənclər Fondu 12-ci qrant müsabiqəsinin nəticələrini elan edir

Bu gün, 14:08- Huawei məhdudiyyətlərə baxmayaraq, 270 milyon smartfon satmaq niyyətindədir

Bu gün, 13:55- ADU-da Çin və Azərbaycan Silahlı Qüvvələrinin ildönümü qeyd edilib

Bu gün, 13:43- BDU rektoru universitetin jurnalist əməkdaşlarını Milli Mətbuat Günü münasibətilə qəbul edib

Bu gün, 13:31- Prezident İlham Əliyev bir sıra ölkələrin Azərbaycanda yeni təyin olunmuş səfirlərinin etimadnamələrini qəbul edib

Bu gün, 13:19- Güclü külək davam edəcək, rayonlara dolu düşəcək

Bu gün, 12:45- Elmar Vəliyevi güllələyən Yunis Səfərovla bağlı yeni QƏRAR verildi

Bu gün, 12:33- Bakının bu çimərliyində nəhəng ilan insanları vahiməyə saldı - VİDEO

Haqqımızda Əlaqə

Girovların məktublarını niyə gətirmirlər? - Dilqəm və Şahbazın ailəsi narahatdır

Tarix:2-07-2019, 14:49 Baxış Sayı:74

Girovların məktublarını niyə gətirmirlər? - Dilqəm və Şahbazın ailəsi narahatdır Xəbər verdiyimiz kimi, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə baş çəkiblər. Növbəti başçəkmə iyun ayında olub.
BQXK əməkdaşları Kəlbəcər girovları Dilqəm Əsgərov və Şahbaz Quliyevlə görüşsələr də, onlardan ailələrinə məktub gətirilməyib.

Girov D.Əsgərovun oğlu Kürdoğlu Əsgərov Azvision.az -a açıqlamasında atasından 1il 8 aydır xəbərsiz olduğunu bildirib.

“Bir il 8 aydır ki, atamdan heç bir xəbər yoxdur. Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri sonuncu dəfə atamgilə iyun ayının əvvəlində baş çəkiblər”.

Onun sözlərinə görə, məktubla yanaşı, artıq iki ilə yaxındır ki, girovların videogörüntüləri də ailələrinə təqdim olunmur.

“Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri nə məktub, nə də videogörüntü gətirirlər. Yalnız şifahi məlumat verməklə kifayətlənirlər. Biz atamın vəziyyətinin necə olduğunu bilmirik. Halbuki, Azərbaycanda saxlanılan erməni diversantların ailələrinə hər ay məktub və videogörüntü aparılıb. Bəs bizim girovların məktublarını niyə gətirmirlər?”, - deyə K. Əsgərov vurğulayıb.

Digər girov Şahbaz Quliyevin qardaşı İlham Quliyev isə 4 aydır onlara məktub gətirilmədiyini qeyd edib: "Qardaşımın səhhətində problemlər var idi. 4 aydır məktub ala bilmirik. Dəqiq bilmirik, vəziyyəti necədir. Çox narahatıq".

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...