Anons

Bu gün, 11:41- Elnar Əsədov: MHM PayPort startapına dəstək olacaq

Dünən, 18:54- Böyük Britaniya Milli Hədəf Mərkəzinin və Sərhəd Mühafizəsi Direktoratlığının mütəxəssisləri Gömrük Akademiyasında olublar

Dünən, 18:11- "Bakı Metropoliteni"nə 40 milyon manat subsidiya veriləcək

Dünən, 17:48- Bal yarmarkasında arıçılar təltif olunacaq

Dünən, 16:37- Prezident İlham Əliyev bir qrup energetiki təltif edib - SİYAHI

Dünən, 16:28- Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

Dünən, 16:14- Silikon Vadisinin məşhur startap proqramı Azərbaycanda

Dünən, 16:05- Azərbaycanda narkotik vasitələrdən istifadə leqallaşdırılacaq - RƏSMİ

Dünən, 15:52- Bakıda VI Beynəlxalq Uşaq və Gənclik Ədəbiyyatı Simpoziumu keçirilir

Dünən, 15:39- Azərbaycanda yeni medal təsis olunur

Dünən, 15:30- Azərbaycanda yaşı 25-dən aşağı olan şəxslər övladlığa uşaq götürə bilməyəcək

Dünən, 15:18- Rusiya Azərbaycanda spirtli içkilər zavodu açacaq

Dünən, 14:46- Bu il daha 50 modul tipli məktəb istifadəyə veriləcək

Dünən, 14:37- Prezident “Dövlətqaçqınkom”un sədrini qəbula ÇAĞIRDI

Dünən, 14:24- ““Barış pınarı” dayanmayıb, biz atəşkəs deyil, fasilə vermişik” - Çavuşoğlu

Dünən, 14:11- Fəxri ad almış bir qrup mədəniyyət xadiminə orden və medallar təqdim olunub

Dünən, 14:02- YARAT-da "Danışır Bakı: 1900-1940-cı illər" adlı sərgisi açıldı

Dünən, 13:50- Şənbə günü Bakıda yağış gözlənilir

Dünən, 12:48- Masallıda 30-dan çox uşaq günərzi xidmətlərlə təmin edilib

Dünən, 12:37- ABŞ səfirliyi Azərbaycan xalqını təbrik edib

Haqqımızda Əlaqə

Bakı Şəhər Ticarət və Xidmət Departamenti sahibkarların qəniminə çevrilib - Eldar Əzizovun hara baxır?

Tarix:22-09-2019, 13:14

Bakı Şəhər Ticarət və Xidmət Departamenti sahibkarların qəniminə çevrilib - Eldar Əzizovun hara baxır? Sahibkarlar iddia edir ki, İntiqam Məmmədov departamentə direktor təyin ediləndən sonra "qiymətləri" qaldırıb


Bakı Şəhər İcra Hakimiyyətinin strukturu olan Bakı Şəhər Ticarət və Xidmət Departamenti uzun illərdir ki, sahibkarlara mane törədən qurumların başında gəlib. Hətta Ümummilli lider Heydər Əliyev o vaxtlar bu qurumdan olan şikayətləri əsas gətirərək, onun bəzi rayon şöbələrini ləğv də etdirmişdi. Görünür sonralar hansısa "gizli qüvvələr" bu quruma yenidən can verməyə nail oldilar.

Əslində isə departamentin əsasnaməsində də qeyd olunduğu kimi bu qurum mülkiyyət formasından asılı olmayaraq ticarət, ictimai iaşə, məişət və digər xidmət müəssisələrinin lazımi istismarına və əhaliyə xidmətin təşkil edilməsinə nəzarəti həyata keçirən, səlahiyyətləri daxilində istehlakçıların hüquqlarının müdafiəsini təmin edən dövlət orqanı olmalıdır.

Bir neçə il əvvələdək bu qurum həm də ticarət, ictimai iaşə, məişət və digər xidmət obyektlərində alkoqollu içkilərin və tütün məmulatının satışına lisenziyaların verilməsini, həmçinin onların satışı qaydalarına əməl olunmasına nəzarəti də həyata keçirirdi. Lakin həmin vaxtlar bu sahədə olan hərc-mərclik, sahibkarların əsassız incidilməsi o həddə çatmışdı ki, sahibkarlıq subyektlərinə ən çox əngəl törədən qurumların başında Bakı Şəhər Ticarət və Xidmət Departamenti dayanırdı.

Məhz bu qurumların sahibkarları əsassız incidilməsi nəzərə alınaraq 2015-ci il oktyabrın 20-də Milli Məclisin iclasında "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanun layihəsi müzakirəyə çıxarıldı və bu qanuna görə sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırıldı.

Demək olar ki, bu iki il müddətində sahibkarlar öz fəaliyyətlərini genişləndirməyə nail oldular. Lakin ölkə başçısı sahibkarlara olan müdaxilələrdən tam məlumatlı olduğundan bu sahədə verilən lisenziyalara tələb olunan sənədləri minumuma endirdi, şəffaflığı təmin etmək üçün hətta bütün lisenziyaların İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzlərində verilməsi ilə bağlı fərman imzaladı.

2017-ci ilə qədər sahibkarlar iki il ərzində qismən də olsa Bakı şəhəri Ticarət və Xidmət Departamenti əməkdaşlarından "mühafizə" oluna bilsələr də, bu qurum ara-sıra öz "köhnə əməllərini" hər zaman davam etdirirdi. Belə ki, bu qurumun səlahiyyətli nümayəndələri hökumətin küçə ticarətini qadağan etməsinə baxmayaraq, vaxtaşırı öz maraqları müqabilində küçə ticarətinin genişlənməsinə şərait yaradırdı. Demək olar ki, bu qurum əvvəlki ildə törətdiyi qanunsuzluqları davam etdirir, sahibkarların işinə mütamadi manelər törədirdi.

BŞİH başçısı səlahiyyətlərini icra edən Eldar Əzizov 2018-ci il oktyabrın 22-də Bakı Şəhər Ticarət və Xidmət Departamentinin direktoru vəzifəsinə İntiqam Behbud oğlu Məmmədovu təyin edəndən sonra da bu qurumdakı vəziyyət dəyişmədi.

Vaxtilə Miqrasiya xidmətində çalışan polkovnik İntiqam Məmmədovun təyinatı sahibkarların ürəyindən olmamışdır. Çünki sahibkarlar İntiqam Məmmədovu Bakı şəhər Regional Miqrasiya İdarəsinin rəisi olduğu vaxtdan yaxşı tanıyırdılar ki, o, dövlət məmurundan daha çox biznesmen polkovnik idi. O daha çox keçmiş Miqrasiya idarəsinin rəisi Firudin Nəbiyevin biznesini idarə edən, onunla şərik olan bir şəxs kimi tanınırdı. Vaxtilə bəzi KİV-lərdə Firidun Nəbiyevlə kirvə olan İntiqam Məmmədovun Dövlət Miqrasiya Xidmətinin vəsaiti hesabına Binəqədi rayonunda bir il ərzində 3 mərtəbəli «Ata» supermarketin tikintisində də «əvəzolunmaz» rolu olduğunu bildirirdilər.
Hətta İntiqam Məmmədovun dövlət məmuru olmasına baxmayaraq, Firudin Nəbiyevlə birgə «Elay» şadlıq evi (Bayılda), «Ata» market (Montində), Novxanıda restoran və Nabranda «Orxan» İstirahət Mərkəzi, «Fashion Club» gözəllik salonu və Otel (Teymur Əliyev küçəsində), Xudatda fermer təsərrüfatı (500 ha) və çoxsaylı kafelər, dayanacaqlar, yeni tikilən binalar (Masazırda) və yanacaqdoldurma məntəqəsinə sahib olduğu da bildirilirdi.

Mötəbər mənbənin verdiyi məlumatda bu qeyd olunanlar onun bilinməyən mülklərinin az bir hissəsidir. Hətta o saysız-hesabsız əmlaklarını "kamufulyaj" etmək üçün oğlanlarını da öz adından çıxardığı da iddia olunur.

Göründüyü kimi, İntiqam Məmmədov bir ilə yaxındır ki, Bakı Şəhər Ticarət və Xidmət Departamentinin direktorudur. Amma bu bir il ərzində o rəhbərlik etdiyi qurumda islahatlar aparmaq əvəzinə, görünür dövlət qurumundan öz şəxsi biznesi kimi idarə etməyə da adətkardır.

Gələn saylarımızda bütün bunlarla bağlı geniş araşdırmamızı təqdim edəcəyik. Qarşı tərəfin fikirlərini öyrənmək istəsək də, işçiləri bildirdi ki, İntiqam Məmmədov Bakı Şəhər Ticarət və Xidmət Departamenti Nərimanov rayonu, M.Əhmədzadə küçəsi 10 ünvanda yox, daha çox "əlavə" tutulmuş ofisdə oturur. Güman edirik ki, bu ofis İntiqam Məmmədovun mötəbər adamların adından istifadə edərək, sahibkarlarla "sövdələşmək" üçün əlavə tutduğu bir ofisdir.

Mövzunu davam etdirəcəyik.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...