Anons

Dünən, 21:42- Ağız və üz-çənə cərrahı Nərmin Qurbanova: "Ağ xalat mənə stimul verir"

Dünən, 16:51- Lənkəranda bakılı və yerli sahibkarların görüşü keçirilib

Dünən, 11:59- Rüfət Aslanlının İstanbulda krallar kimi sarayı – Video

20-07-2019, 14:43- Permanent və mikroblading müəllimi Məryəm Rzazadə: "Həmişə təbiiliyə üstünlük verirəm"

20-07-2019, 14:05- Binəqədi rayonu kollektivi ekskursiya təşkil edib.

19-07-2019, 22:00- Permanent ustası Sevda Kərimxanova: "Mən işimə canımı qoyuram"

19-07-2019, 17:12- II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb

19-07-2019, 16:57- ABŞ Azərbaycana yeni hərbi attaşe təyin etdi

19-07-2019, 16:49- Azərbaycanda 47 nəfəri ilan sancıb

19-07-2019, 16:38- Xanım boksçumuz barəsində cinayət işi açıldı

19-07-2019, 16:25- Prezident İlham Əliyev Qətərin Bələdiyyə və Ətraf Mühit nazirini qəbul edib

19-07-2019, 16:16- ADU-da media nümayəndələri mükafatlandırılıb

19-07-2019, 16:03- Zoologiya İnstitutu bulvarda ilanların peyda olması ilə bağlı məlumatlara münasibət bildirib

19-07-2019, 15:54- ABŞ-ın Azərbaycanda yeni hərbi attaşesi təyin olunub

19-07-2019, 15:12- “Neftçi” və “Qəbələ”nin oyunları eyni saatda başlayacaq

19-07-2019, 15:05- Antalyada nə qədər azərbaycanlı yaşayır?

19-07-2019, 14:53- Ötən gün yol qəzalarında 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb

19-07-2019, 14:41- " Rövşən Lənkəranski"nin qətli ilə bağlı ŞOK FAKTLAR - Məhkəmədə etiraflar

19-07-2019, 14:32- Türkiyədə DƏHŞƏTLİ FƏLAKƏT - Çox sayda insan itkin düşdü / VİDEO

19-07-2019, 14:11- Məhkəmə Elinanın valdeynlərinin şikayətini təmin etmədi - Qərar

Haqqımızda Əlaqə

“Təhsil Nazirliyi və təhsil ayrı-ayrı qütblərdədir”: - SƏRT İTTİHAMLAR

Tarix:4-04-2019, 11:22 Baxış Sayı:104

“Təhsil Nazirliyi və təhsil ayrı-ayrı qütblərdədir”: - SƏRT İTTİHAMLAR “Biz özəl universitetlərdə verilən maaşlarla maraqlanmırıq. Bu, bizə aid məsələ deyil. Hər bir özəl ali təhsil müəssisəsinin özlərinə xas qaydaları olur”.

Bunu Cebhe.info-ya açıqlamasında Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov deyib. Bu, nazirliyə ünvanlanan suallarla bağlı alınan ilk belə cavab deyil.

Maraqlıdır, bütün suallar “araşdırılır”, “bizə aidiyyatı yoxdur”, “anonim olduğu üçün baxılmır” kimi cavablar verən nazirliyə nəyin adiyyatı var ? Bu qurum hansı məsələlərlə məşğuldur ki, təhsilin səviyyəsi ilə bağlı suallar günbəgün artdığı halda cavablar yoxdur.

Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov Cebhe.info-ya açıqlamasında nazirliyin son 1 ildə öz vəzifələrini yerinə yetirmədiyini bildirib:

“Təhsil Nazirliyi təhsil sahəsində dövlət siyasətini və tənzimlənməsini, təhsil prosesinə ümumi metodiki rəhbərliyi həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Təhsil sahəsində vahid dövlət siyasətinin formalaşmasında iştirak etmək və bu siyasəti həyata keçirmək, Azərbaycan Respublikasında təhsil sisteminin müəyyən edilmiş istiqamətlər üzrə inkişafını təmin etmək, təhsil sahəsində dövlət tənzimlənməsini həyata keçirmək, təhsilin keyfiyyətinə dövlət nəzarətini təmin etmək, vətəndaşların təhsil almaları ilə bağlı konstitusiya hüquqlarını qorumaq məqsədi ilə təhsildə bərabər imkanların yaradılmasına nail olmaq və bir sıra təhsil sistemində ciddi vəzifələri yerinə yetirməli olan qurumdan son 1 il ərzində bunu görə bilmirik. Təhsil Nazirliyi təşkilati formasından asılı olmayaraq bütün təhsil müəssisələrinə nəzarət etməlidir. Onların təhsil siyasətini necə keçirmələri barədə mütəmadi olaraq monitorinqlər aparmalıdır. Təhsil Nazirliyi mərkəzi və yerli icra hakimiyyəti orqanlarından, bələdiyyələrdən, fiziki və hüquqi şəxslərdən müəyyən olunmuş qaydada təhsilin inkişafı ilə bağlı zəruri məlumatlar və arayışlar tələb etmək hüququna malikdir. Amma onlar özəl məktəblərdən bu barədə heç bir məlumat ala bilmirlər. Təhsil Nazirliyində vətəndaşlara göstərilən xidmətlərlə bağlı ciddi problemlər var. Hər ay Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə 25 mindən çox müraciət daxil olur. Amma müraciətlərin demək olar ki, böyük əksəriyyətinə baxılmır, cavablandırılmır. Hazırda Təhsil Nazirliyi ilə təhsil ayrı-ayrı qütblərdədir. Təhsilin əlçatanlığı təmin olunsa da, Təhsil Nazirliyinin əlçatanlığı təmin olunmayıb. Direktorların işə qəbulu, xaricdə təhsil, birinci sinfə qəbul, diplomların tanınması, müddətli əsaslarla çalışan müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması və digər bu kimi ciddi problemlərin həlli üçün zəng edən vətəndaşların müraciətləri cavablandırılmır, onlar qəbul edilmir, dinlənilmir. Demək olar ki, hər gün orta və ali təhsil müəssisələri ilə bağlı neqativ xəbərlər eşidirik. Amma müvafiq nazirlik buna reaksiya vermir. Sanki Təhsil Nazirliyinin funksiyası qonaqlıqlar təşkil etmək, şəkil çəkdirməkdən ibarətdir”.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...